Anonim

AR NK-nın 4 dekabr 2018-ci il tarixli, 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 17.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dəfn edilməsi üçün qəbir yerləri müvafiq qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Bu norma açıq şəkildə göstərir ki, dəfn üçün yer (torpaq sahəsi) vətəndaşlara dövlət tərəfindən ödənişsiz verilməlidir. Lakin praktikada sözügedən norma effektiv tətbiq olunmur. Belə ki, Qaydalarda qəbir yerinin ödənişsiz verilməsi təsbit edilsə də, bu hüququn hansı inzibati ərazilər üzrə və hansı şərtlərlə təmin ediləcəyi konkretləşdirilməmişdir. Eyni zamanda, qəbiristanlıq müdiriyyətinin vəzifələri sırasında onun “vəfat etmiş şəxslərin dəfni üçün müvafiq inzibati ərazi üzrə ödənişsiz şəkildə yer ayırmaq” öhdəliyi qeyd edilməmişdir. Sözügedən Qaydalarda mövcud olan hüquqi qeyri-müəyyənlik, şəffaflıq mexanizminin zəifləməsinə, səlahiyyətli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya hallarına yol açır. Nəticədə, vətəndaşların konstitusion hüquqları – bərabərlik və sosial ədalət prinsipləri pozulur, əhalinin geniş təbəqələri isə dəfn hüququna bərabər çıxış imkanından məhrum olur. Bu kimi halların baş verməsinin qarşısının alınması, həmçinin hüquqi müəyyənliyin təmin edilməsi və korrupsiya risklərinin aradan qaldırılması məqsədilə adıçəkilən Qaydalara “vəfat etmiş şəxslərin qeydiyyatda olduqları ərazi vahidləri (Bakı, Sumqayıt və s. şəhərlər və rayonlar) dəqiq göstərilməklə, operativ qaydada və ödənişsiz şəkildə qəbir yerləri ilə təmin olunması”na dair yeni müddəanın əlavə edilməsi məqsədəmüvafiq hesab olunur.


Опубликовано : 15-07-2025

Rəylər



Rəy bildir




Top