AR Cinayət Məcəlləsinin 54-cü maddəsində hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçular barəsində intizam xarakterli hərbi hissədə saxlama növündə cəza nəzərdə tutulmuşdur. Bu cəzaya məhkum edilmiş, AR CM-in 54-cü maddəsində adları qeyd edilən hərbi qulluqçuların cəza müddətləri həqiqi hərbi xidmət illərinə hesablanmır. AR Cəzaların İcrası Məcəlləsinin 153.2-ci maddəsində isə bildirilir ki, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan azad edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən olunmuş son yaş həddinə çatmış şəxslər həqiqi hərbi xidmətdən tərxis edilirlər. Həmin hərbi qulliqçular barəsində cəzadan azad edildiyi vaxt xidmətdə olmağın son yaş həddinə görə imperativ olaraq “həqiqi hərbi xidmətdən tərxis edilməsi” qeyri-hüquqi müəyyənlik yaradır və bu qəbildən olan hərbi qulluqçuların hüquqlarını məhdudlaşdırır. Bu məhdudlaşdırma hərbi qulluqçular barəsində pensiya hüququnun əldə edilməsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinin davam etdirilməsinin qarşısının alınmasında ifadə edilir. Belə ki, AR CİM-in 153.2-ci maddəsinin müddəalarında “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli № 274-IVQ AR Qanununun 39.4 və 39.5-ci maddələrinin tələbləri, ümumiyyətlə, nəzərə alınmamışdır. Bu Qanunun 39.4 və 39.5-ci maddələrində isə deyilir ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər) və həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Bunlar dispozitiv normalardır. Bu Qanunun 39.4 və 39.5-ci maddələrində diskresion, AR CİM-in 153.2-ci maddəsində (İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan azad edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən olunmuş son yaş həddinə çatmış şəxslər həqiqi hərbi xidmətdən tərxis edilirlər) imperativ müddəanın nəzərdə tutulması qeyd edilən Qanunla CİM-nin müdəaları arasında ziddiyyətlər doğurur. Hər iki halda əmək pensiyası almaq hüququnun əldə edilməsi üçün, həm öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilməməsi, həm də ehtiyatda olmağın son yaş həddindək həqiqi hərbi xidmətdə saxlanıla bilməməsi məsələsində ayrı-seçkilik yaradır. Qeyd edilən Qanunun 39.4 və 39.5-ci maddələrinə görə, belə yanaşma “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 64.1.2-ci maddəsində (2 nömrəli əlavəsində) nəzərdə tutulmuş “Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri” sırasına daxil olan “vəzifəli şəxsin (orqanın) səlahiyyətinin dispozitiv imkan kimi müəyyənləşdirilməsi” amilinin aradan qalxmasına şərait yaratmış olardı. Cəza müddətinin xidmət illərinə daxil edilməməsini nəzərdən keçirərək hesab edirik ki, AR CİM-in 153.2-ci maddəsində intizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan azad edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən olunmuş son yaş həddinə çatmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) tərxis edilməzdən əvvəl onlar barəsində əmək pensiyası hüququnun əldə edilməsi üçün həm öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər (müəyyən müddətə) davam etdirə bilməsi, həm də ehtiyatda olmağın son yaş həddinədək həqiqi hərbi xidmətdə saxlanıla bilməsi arzularının qanunvericilik orqanı tərəfindən nəzərə alınması faydalı olardı.
Опубликовано : 17-07-2025
Rəylər
Heç bir rəy yazılmayıb !
Rəy bildir
Bildirdiyiniz rəy yoxlanıldıqdan sonra səhifədə nümayiş olunacaq !