ELAN! Hüquq və İnsan Haqları İnstitutu təlimə dəvət edir

Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi: ədalətli məhkəmə baxışı” mövzusunda keçiriləcək təlimə dəvət edir!

Təlimdə AİHK-nın 6-cı maddəsinə dair ətraflı məlumat veriləcək və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bu maddə üzrə baxılan əsas işlər müzakirə ediləcək.

 

📅 Tarix: 2 oktyabr 2026-cı il 

🕒 Vaxt:  09:00-13:00

 📍  Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125,  Hüquq və İnsan Haqları İnstitutu

 

Kimlər iştirak edə bilərlər?

–  Dövlət qurumlarının hüquqşünas əməkdaşları

– Vəkillər

 

Qeyd: 

– Təlim ödənişsizdir.

– Təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunacaq.

– Yerlərin sayının məhdud olması səbəbindən qeydiyyatdan keçmiş yalnız ilk 25 nəfər təlimə dəvət olunacaq.

 

Qeydiyyat: 

Təlimdə iştirak üçün qeydiyyat linki:  https://forms.gle/zAMRTNq457UHTwxX6

Qeydiyyat üçün son tarix: 17 sentyabr 2026-cı il, saat 12:00

 

Əlaqə nömrəsi: (012) 537-20-73


Опубликовано : 07-09-2026

Просмотры : 75