ELAN! Hüquq və İnsan Haqları İnstitutu təlimə dəvət edir
Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi: ədalətli məhkəmə baxışı” mövzusunda keçiriləcək təlimə dəvət edir!
Təlimdə AİHK-nın 6-cı maddəsinə dair ətraflı məlumat veriləcək və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bu maddə üzrə baxılan əsas işlər müzakirə ediləcək.
📅 Tarix: 2 oktyabr 2026-cı il
🕒 Vaxt: 09:00-13:00
📍 Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125, Hüquq və İnsan Haqları İnstitutu
Kimlər iştirak edə bilərlər?
– Dövlət qurumlarının hüquqşünas əməkdaşları
– Vəkillər
Qeyd:
– Təlim ödənişsizdir.
– Təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunacaq.
– Yerlərin sayının məhdud olması səbəbindən qeydiyyatdan keçmiş yalnız ilk 25 nəfər təlimə dəvət olunacaq.
Qeydiyyat:
Təlimdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/zAMRTNq457UHTwxX6
Qeydiyyat üçün son tarix: 17 sentyabr 2026-cı il, saat 12:00
Əlaqə nömrəsi: (012) 537-20-73
Dərc olunub : 07-09-2026
Oxunma sayı : 74