Fəaliyyətimiz
İnstitutun fəaliyyət istiqamətləri:
· Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi-tədqiqat, eksperimental araşdırmalar aparmaq və elmi-praktiki tövsiyələr hazırlamaq;
· Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək;
· Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsində iştirak etmək;
· Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsinə töhfə vermək;
· Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak etmək;
· Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərmək;
· Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak etmək.
İnstitutun təşəbbüsləri və nailiyyətləri:
· Tədbirlər və təlimlər vasitəsilə hüquq və insan haqları ilə bağlı ictimai maarifləndirmənin həyata keçirilməsi;
· Hüquq və İnsan Haqları sahəsində Azərbaycanlı alimlərin əsərlərindən ibarət Virtual Kitabxananın yaradılması;
· İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində hüquq mühafizə orqanları əməkdaşlarının maarifləndirilməsi;
· Azərbaycan Respublikasında 74 şəhər (rayon) üzrə insan hüquqlarının müdafiəsi sahəsində xidmət göstərən qurumlar haqqında məlumatların əks olunduğu “Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin yaradılması;
· Hüquq və insan hüquqları sahəsində Azərbaycanda fəaliyyət göstərən hüquq jurnallarının vahid elektron axtarış bazasının yaradılması;
· İnsan hüquqlarına dair terminlərin izahlı E-Lüğətinin yaradılması;
· Hüquqşünas alim və tədqiqatçıların vahid bazasının yaradılması.