Rəhbərlik

Məhəmməd Quluzadə - İdarə Heyətinin sədri

Məhəmməd Quluzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq İnsan Hüququ ixtisası üzrə magistr pilləsini bitirib. Aspirantura təhsilini 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

 

Məhəmməd Quluzadə 2002-2014-cü illərdə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Monitorinq Departamentində ekspert, 2005-2008-ci illərdə ATƏT-in Bakı Ofisində hüquqşünas, 2008-2014-cü illərdə ABŞ-ın Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzində (İnternational Center for Non-Profit Law) hüquqşünas, MDB ölkələri üzrə baş hüquq məsləhətçisi və ölkə üzrə direktoru vəzifələrində çalışıb.

 

2014-cü ildən “MG Consulting” MMC-nin direktoru vəzifəsində işləyərkən insan haqları və vətəndaş cəmiyyəti sahəsində bir sıra beynəlxalq layihələrə rəhbərlik edib. Bu müddət ərzində insan haqları və qeyri-hökumət təşkilatları sahəsində müxtəlif ölkə hesabatlarının və maarifləndirici vəsaitlərin, bir sıra qanunvericilik aktlarına dair təkliflərin hazırlanmasında və təlimlərin keçirilməsində iştirak edib. Eyni zamanda müxtəlif dövlət qurumlarının işində vətəndaşların iştirakına imkan yaradan Onlayn İctimai Nəzarət Platformasının yaradılmasına və fəaliyyətinə rəhbərlik edib.

Müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və ADA Universitetində müəllim kimi fəaliyyət göstərib.

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

 

Vəfaddin İbayev - İdarə Heyəti sədrinin müavini

 

Vəfaddin İbayev 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

 

1983-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Rayon Polis şöbələrində müstəntiq və baş müstəntiq vəzifələrində işləyib.

 

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində “Beynəlxalq hüquq məsələləri” şöbəsinin müdiri, 2022-ci ilin yanvar ayına kimi Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi vəzifələrində çalışıb.

 

V.İbayev “Beynəlxalq humanitar hüquq”, “Beynəlxalq mülki proses”, “İşgəncələr qadağandır” kimi kitablar da daxil olmaqla, beynəlxalq hüquq və insan hüquqlarına dair 25 kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir. Həmçinin o, Hüquq və İnsan Haqları İnstitutunun yanında fəaliyyət göstərən Ekspert Şurasının üzvü olub.