ELAN! Təlimçi-ekspert  vəzifəsi üzrə vakansiya elan edilir

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs  
Vəzifə:  təlimçi-ekspert 

Vəzifə maaşı: 1900 manat 

Vəzifə öhdəlikləri:

hüquq, o cümlədən insan hüquqları sahəsində təlimlərin keçirilməsi məqsədilə araşdırmalar aparmaq,təlim modulları hazırlamaq;

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirmək;

hüquq, o cümlədən insan hüquqları sahəsində təlimlər keçmək;

müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə, müvafiq sahədə distant təlimlər keçmək;

dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;

təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək;

Hüquqi məsələləri aid analitik materiallar, rəy və ekspertizalar hazırlamaq.

Namizədə olan tələblər:

ali təhsil (hüquqşünaslıq, beynəlxalq hüquq);

hüquqi yazı və tədqiqat bacarığına malik olmaq;

təlim keçmək və təqdimat hazırlamaq bacarığı;

hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;

insan hüquqlarına dair beynəlxalq təsisatların qəbul etdiyi sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl bilmək;

Azərbaycan  və ingilis dillərini bilmək;

MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. proqramlardan yüksək səviyyədə istifadə etmək bacarığı.

Müraciət qaydası:

Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla, 22 yanvar 2026-cı il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.

 


Опубликовано : 08-01-2026

Просмотры : 190