ELAN! Təlimçi-ekspert vəzifəsi üzrə vakansiya elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Vəzifə: təlimçi-ekspert
Vəzifə maaşı: 1900 manat
Vəzifə öhdəlikləri:
– hüquq, o cümlədən insan hüquqları sahəsində təlimlərin keçirilməsi məqsədilə araşdırmalar aparmaq,təlim modulları hazırlamaq;
– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirmək;
– hüquq, o cümlədən insan hüquqları sahəsində təlimlər keçmək;
– müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə, müvafiq sahədə distant təlimlər keçmək;
– dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;
– təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək;
– Hüquqi məsələləri aid analitik materiallar, rəy və ekspertizalar hazırlamaq.
Namizədə olan tələblər:
– ali təhsil (hüquqşünaslıq, beynəlxalq hüquq);
– hüquqi yazı və tədqiqat bacarığına malik olmaq;
– təlim keçmək və təqdimat hazırlamaq bacarığı;
– hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
– insan hüquqlarına dair beynəlxalq təsisatların qəbul etdiyi sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl bilmək;
– Azərbaycan və ingilis dillərini bilmək;
– MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. proqramlardan yüksək səviyyədə istifadə etmək bacarığı.
Müraciət qaydası:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla, 22 yanvar 2026-cı il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.
Dərc olunub : 08-01-2026
Oxunma sayı : 190