Hüquq və İnsan Haqları İnstitutu vakansiya elan edir!

İşə qəbul edən qurum: Hüquq və İnsan Haqları İnstitutu  
Vəzifə:  satınalmalar üzrə mütəxəssis

İş qrafiki: tam iş vaxtı

 

Vəzifə öhdəlikləri:

  • İnstitutun satınalma planının hazırlanmasında və mallara olan tələbatın müəyyənləşdirilməsində iştirak etmək;
  • Yerli bazarın təhlilini aparmaq, tələb olunan malların ehtimal olunan qiymətlərini araşdırmaq və qiymətləndirmək;
  • Təchizatçıların fəaliyyətini qiymətləndirmək, yeni təchizatçıların müəyyənləşdirilməsi və məlumat bazasının yenilənməsini təmin etmək;
  • Satınalma prosedurlarının (tender və kotirovka sorğularının) təşkili, müvafiq sənədlərin və əsas şərtlər toplusunun hazırlanmasını təmin etmək;
  • Satınalma prosedurları ilə bağlı elanların verilməsi, sənədlərin müvafiq elektron portala yerləşdirilməsi, tender komissiyası ilə işin təşkili və protokolların tərtibində iştirak etmək;
  • Satınalma sənədlərinin uçotunu və saxlanılmasını, təchizatçılarla müvafiq yazışmaların aparılmasını, sifarişlərin vaxtında çatdırılması üçün logistika proseslərinə nəzarəti həyata keçirmək.

 

Namizədə olan tələblər:

  • İqtisadiyyat, maliyyə, menecment və ya digər müvafiq istiqamətlər üzrə ali təhsil;

·         Dövlət satınalmaları sahəsində azı 3 il iş təcrübəsi;

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu və satınalma sahəsində qüvvədə olan normativ hüquqi aktları bilmək;
  • Satınalma fəaliyyəti ilə bağlı hesabatların, təqdimatların, müqavilələrin və digər sənədlərin hazırlanması bacarığına malik olmaq;
  • Təchizatçılarla danışıqlar aparmaq, onların təkliflərini təhlil etmək və optimal seçim etmək bacarığına malik olmaq;
  • Təchizat və satınalma sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığına malik olmaq.

·         Windows əməliyyat sistemi, MS Office və s. proqramlardan istifadə etmək bacarığı.

 

Müraciət qaydası:

Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 12 dekabr 2026-cı il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.


Опубликовано : 12-11-2026

Просмотры : 114