Hüquq və İnsan Haqları İnstitutu vakansiya elan edir!
İşə qəbul edən qurum: Hüquq və İnsan Haqları İnstitutu
Vəzifə: satınalmalar üzrə mütəxəssis
İş qrafiki: tam iş vaxtı
Vəzifə öhdəlikləri:
- · İnstitutun satınalma planının hazırlanmasında və mallara olan tələbatın müəyyənləşdirilməsində iştirak etmək;
- · Yerli bazarın təhlilini aparmaq, tələb olunan malların ehtimal olunan qiymətlərini araşdırmaq və qiymətləndirmək;
- · Təchizatçıların fəaliyyətini qiymətləndirmək, yeni təchizatçıların müəyyənləşdirilməsi və məlumat bazasının yenilənməsini təmin etmək;
- · Satınalma prosedurlarının (tender və kotirovka sorğularının) təşkili, müvafiq sənədlərin və əsas şərtlər toplusunun hazırlanmasını təmin etmək;
- · Satınalma prosedurları ilə bağlı elanların verilməsi, sənədlərin müvafiq elektron portala yerləşdirilməsi, tender komissiyası ilə işin təşkili və protokolların tərtibində iştirak etmək;
- · Satınalma sənədlərinin uçotunu və saxlanılmasını, təchizatçılarla müvafiq yazışmaların aparılmasını, sifarişlərin vaxtında çatdırılması üçün logistika proseslərinə nəzarəti həyata keçirmək.
Namizədə olan tələblər:
- · İqtisadiyyat, maliyyə, menecment və ya digər müvafiq istiqamətlər üzrə ali təhsil;
- · Dövlət satınalmaları sahəsində azı 3 il iş təcrübəsi;
- · “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu və satınalma sahəsində qüvvədə olan normativ hüquqi aktları bilmək;
- · Satınalma fəaliyyəti ilə bağlı hesabatların, təqdimatların, müqavilələrin və digər sənədlərin hazırlanması bacarığına malik olmaq;
- · Təchizatçılarla danışıqlar aparmaq, onların təkliflərini təhlil etmək və optimal seçim etmək bacarığına malik olmaq;
- · Təchizat və satınalma sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığına malik olmaq.
- · Windows əməliyyat sistemi, MS Office və s. proqramlardan istifadə etmək bacarığı.
Müraciət qaydası:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 12 dekabr 2026-cı il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.
Dərc olunub : 12-11-2026
Oxunma sayı : 110