İnstitut rəhbəri Türkiyədə bir sıra görüşlər keçirib
28–30 avqust 2026-cı il tarixlərində Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri Məhəmməd Quluzadə Türkiyə Respublikasında işgüzar səfərdə olub. Səfər zamanı Çağ Universitetinin rektoru prof. Murat Koç və əməkdaşları ilə görüş keçirilib, Universitetlə İnstitut arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və İnstitutun nəşrləri Çağ Universitetinin kitabxana fonduna hədiyyə edilib.
Daha sonra İnstitutun rəhbəri Mersin Gülnar Bələdiyyəsinin sədri Fatih Önge ilə görüşüb, bələdiyyə üzvləri və əməkdaşları üçün İnstitutun fəaliyyəti, xüsusən Azərbaycanda bələdiyyələr sahəsində İnstitutun gördüyü işlər haqqında təqdimat edib. Müzakirələr zamanı Gülnar Bələdiyyəsinin ahıl və sosial dəstəyə ehtiyacı olan şəxslər üçün yaratdığı Sosial Mərkəzin təcrübəsi, habelə bələdiyyənin fəaliyyətində şəffaflığın təmin edilməsi, xəstəlikdən əziyyət çəkən vətəndaşlar üçün sosial kampaniyaların keçirilməsi təcrübələri öyrənilib.
Eyni zamanda, M.Quluzadə səfər zamanı Mersin Gülnar İcra Hakimiyyətinin rəhbəri Əmrah Aslan ilə görüşərək fikir mübadiləsi aparıb, Türkiyənin Zəfər bayramına həsr edilən Məhsul və Mədəniyyət Festivalında iştirak edib.
Опубликовано : 01-09-2026
Просмотры : 62