Polis Akademiyasında insan hüquqları mövzusunda mühazirə keçirilib
“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşəbbüsü ilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən kursantlar üçün maarifləndirici mühazirə keçirilib.
Mühazirənin məqsədi təhsilalanların nəzəri biliklərinin zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində dünyagörüşünün genişləndirilməsi, insan hüquqları üzrə beynəlxalq standartlar və xarici ölkələrin qabaqcıl təcrübələri barədə məlumatlılığın artırılması, habelə bu sahədə mövcud çağırışların müzakirəsi olub.
Görüşdə İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev “İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının əsasları” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə insan hüquqlarının mahiyyəti, milli və beynəlxalq hüquq normaları ilə təmin olunması mexanizmləri, bu hüquqların məhdudlaşdırılmasının hüquqi əsasları, tətbiq edilən meyarlar və istisna halları barədə ətraflı məlumat verilib.
Yekunda kursantlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb və aktual məsələlər müzakirə olunub.
Опубликовано : 02-06-2026
Просмотры : 25