Xocalı soyqırımının 25 – ci ildönümü ilə bağlı hüquq və İnsan haqları İnstitutunda tədbir keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamının icrası istiqamətində atılan addımlardan biri olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitunun direktoru, h.e.d Aytən Mustafazadənin rəhbərliyi və İnstitut əməkdaşlarının iştirakı ilə 26 fevral Xocalı soyqırımı gününun 25 – ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. 

Tədbirdə Xocalı soyqırımı hadisəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər müzakirə olundu. Bununla yanaşı Xocalı qətliamında pozulmuş insan hüquqları diqqətə çatdırıldı. Həmçinin, ölkə rəhbəri cənab İlham Əliyevin və Respublikanın birinci xanımı, 1- ci vitse prezident Mehriban Əliyevanın bu sahədəki müstəsna xidmətləri iştirakçıların diqqətinə çatdırıldı. Eyni zamanda Xocalı soyqırımının dünyada tanınması üçün qarşıya qoyulmuş məqsədlərdən və görüləcək işlərdən danışıldı.
Tədbirdə Hüquq və İnsan Haqları İnstitutun direktoru h.e.d Aytən Mustafazadə, həmçinin İnstitutun Gənc Alim və mütəxəssislər Şurasının sədri, h.ü.e.d Ayxan Rüstəmzadə çıxış etdilər.


Опубликовано : 11-12-2017

Просмотры : 1