В настоящей статье делается попытка проанализировать текущую ситуацию в Верховном Суде США c точки зрения современных тенденций развития моделей конституционного контроля в мире. Основное внимание уделяется тем изменениям в полномочиях Верховного суда, которые являются знаковыми в аспекте постепенного сближения и размывания границ между американской и европейской моделями конституционного контроля. Речь идет, прежде всего, о движении в сторону отмены обязательной апелляционной юрисдикции, когда институт writ of certiorari стал применяться Судом в исключительных случаях при необходимости рассмотрения и разрешения актуальных конституционных вопросов. Обобщая значительное количество источников по законодательству о судах США и современной американской правовой доктрине, автор приходит к выводу о том, что в последние десятилетия Верховный суд США, используя предоставленное ему право свободного выбора дел минимизирует свою роль как суда общей юрисдикции и превращается в полноценный конституционный суд, то есть орган со специализированной юрисдикцией.
Müəllif :
Ровшан Исмаилов - доктор философии по праву, судья Конституционного суда Азербайджанской Республики
Nəşr tarixi : 2023
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı başlanan cinayət işləri üzrə istintaqın aparılması zamanı istintaq situasiyalarının, versiyaların işlənməsi və araşdırmanın planlaşdırılmasının xüsusiyyətləri, istintaqın gedişatında yaranan çətinliklərin həlli yolları
Müəllif :
Balahüseyn Şabanov, Mingəçevir şəhər prokurorunun müavini ədliyyə müşaviri
Nəşr tarixi : 2021
Hazırda bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dün ya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmil ləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Müəllif :
Sərdar İmanov, Xətai rayon prokuroru baş ədliyyə müşaviri.
Nəşr tarixi : 2022
İnsan hüquqları üzrə Müvəkkil İnstitutu dünya təcrübəsində artıq mühüm yer tutmasına baxmayaraq, ölkəmiz üçün nisbətən yeni təsisatdır. Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət orqanları, yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqların bərpa edilməsi məqsədilə təsis edilmiş bu institut ilk növbədə, dövlət orqanlarının fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi vasitələrindən biri kimi qiymətləndirilir.
Müəllif :
Aynur Osmanova, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi, baş ədliyyə müşaviri.
Nəşr tarixi : 2022
This paper provides a comprehensive examination of responsibility in traditional and remote contracts. Traditional contracts, formed through direct interaction and written documents, are juxtaposed with remote contracts, which are established online without the physical presence of the parties. While both forms adhere to the fundamental principles of contract law, the unique context of remote contracts introduces additional responsibilities related to technical issues, jurisdictional complications, and data security. Despite the challenges, remote contracts remain bound by the underlying principle of responsibility consistent in contract law, necessitating awareness from all parties involved to ensure fair and secure transactions. This paper underscores the need to understand and adapt to these evolving contractual responsibilities in the digital age.
Müəllif :
Farahim Huseynzade - Ph.D Candidate, Baku State University
Nəşr tarixi : 2023
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçi-rilmiş soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması soyqırım cinayətlə-rinin hüquqi tənzimləmənin təkmilləşdirilməsi məsələsini xüsusi aktuallıqla qarşıya qoyur. Belə ki, soyqırım cinayətlərinin hüquqi tənzimləmə məsələsi sahəsində milli qanunvericiliyimizin təkmilləşdirilməsi, beynəlxalq hüquqi aktlara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, yeni ci-nayət tərkibləri əlavə etməklə soyqırım cinayətlə-rinin sisteminin genişləndirilməsi, bu sahədə Ru-siya və digər MDB ölkələrinin deyil, inkişaf et-miş Qərb ölkələrinin təcrübəsindən istifadə et-məklə, həmin cinayətlərin elmi əsaslarla sistem-ləşdirilməsi məsələləri müasir dövrdə Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.
Müəllif :
Seyfulla Aslanov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Bu məqalədə xüsusi mülkiyyətin mahiyyəti və onun məhdudiyyətləri, insan hüquqları ilə qarşılıqlı əlaqə məsələləri həm milli, həm də beynəlxalq hüquqi aspektlərdə araşdırılır. Mülkiyyət hüququ məsələsi də insan hüquq və azadlıqları ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 6-cı bəndinə əsasən sosial ədalət və torpaqdan səmərəli istifadə məqsədi ilə mülkiyyət hüquqları qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154-cü maddəsində göstərilir ki, xüsusi mülkiyyət hüququna və onun məhdudlaşdırılmasına yalnız müstəsna hallarda yol verilir. “Milli təhlükəsizlik haqqında” Qanununda nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının milli təhlükəsizliyi eyni zamanda insan hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin edir. Dövlətin yuxarıda qeyd olunan işğaldan azad edilmiş ərazilərə mülki əhalinin daxil olmasını qadağan etməklə yanaşı, onların mülkiyyət hüquqlarını məhdudlaşdırması qaçılmazdır. Lakin bu məhdudiyyətlər qanunun mahiyyətini dəyişməməli, son nəticədə hüquqi məqsədə çatmağa yönəlməlidir.
Müəllif :
Nüşabə Abberin - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
İstintaq sövdələşməsi və buna bənzər sadələşdirilmiş məhkəmə təcrübəsinə dair istitutların əsas xüsusiyyətlərini və minimum şərtlərini açıqlayan beynəlxalq normalar, əksər ölkələrdə inzibati tənzimləmə prosedurları və ya bu sahədə fəaliyyət göstərən orqanlar tərəfindən hazırlanan qaydalarla açıqlanmağa çalışılır. Beynəlxalq hüququn mövcud normalarının, tövsiyə və standartlarının təhlili göstərir ki, istintaq sövdələşməsi təkcə milli qanunvericiliyin deyil, həm də bütün hüquq sistemlərinin hüdudlarını çoxdan “aşıb”. İstintaq sövdələşməsinin beynəlxalq hüquq normaları ilə uyğunluğu, belə sövdələşmələrin beynəlxalq hüquqda əsasları və tətbiqi məsələlərini bu məqalənin mövzusunu əhatə edir.
Müəllif :
Ənnağı Məmmədli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin doktorantı
Nəşr tarixi : 2023
Məqalədə qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq hüququn prinsipləri beynəlxalq hüquqi sənədlər və bu sahədə tanınmış alimlərin fikirləri ilə qarşılıqlı əlaqədə təhlil edilir. Qeyd edilir ki, beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq sülhün və qlobal təhlükəsizlik sisteminin bundan sonra daha da möhkəmləndirilməsi, onun hüquqi tənzimlənməsi mexanizminin fəaliyyət göstərməsi və təkmilləşdirilməsi üçün əsas kimi çıxış edir və vahid kompleksdə nəzərdən keçirilməlidir. Beynəlxalq hüququn əsas prinsiplərindən birinin pozulması onun digər prinsiplərinin pozulmasına gətirib çıxarır ki, bu da ümumilikdə qlobal təhlükəsizliyin bütün sisteminin təmin edilməsini təhlükə altına alır. Beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin yalnız qarşılıqlı olaraq tövsif və tətbiq edilməsi həmin prinsiplər arasında intensiv və səmərəli əlaqələndirməni aparmaqla bərabər, eyni zamanda, beynəlxalq hüququn ayrı-ayrı sahələri arasında da müvafiq əməkdaşlığı təmin edir, həmin sahələrin normativ-hüquqi bazasının və spesifik prinsiplərinin qarşılıqlı inkişafını təmin edir. Beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin müddəalarına dövlətlər tərəfindən qeyd-şərtsiz əməl edilməlidir. Bunun üçün hər hansı dövlətdaxili normativ-hüquqi aktın qəbul edilməsinə belə ehtiyac yoxdur.
Müəllif :
Vüsalə Muradxanlı - “Hüquq və İnsan haqları İnstitutu” Publik Hüquqi Şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri
Nəşr tarixi : 2023