Cinayətkarlıq daim cəmiyyəti narahat edən məsələ olmuş və ona qarşı mü-barizəyə dövlət siyasətinin zəruri tər-kib hissəsi kimi baxılmışdır. Umummilli lider H. Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı zamanı ilk görülməli vəzifə cəmiyyətdə sabitliyə nail ol-maq, qanunçuluğu təmin etmək istiqamətində tədbirlər həyata keçirmək idi.
Müəllif :
Məhəmməd Hacıyev - Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Aydındır ki, insan hüquqlarının qorunması və başa düşülməsi əsasən milli səviyyədəki inkişaf və mexanizmlərdən asılıdır. Milli səviyyədə mövcud olan qanunlar, siyasətlər, prosedur və mexanizmlər hər bir ölkədə insan hüquqlarının təmin olunması üçün əsasdır. Buna görə də, insan hüquqlarının milli konstitusional və hüquq sistemlərinin tərkib hissəsi olması, ədalət mütəxəssislərinə insan hüquqları standartlarının tətbiqi ilə bağlı təlim keçilməsi, insan hüquqlarının pozuntularının pislənməsi və onlara qarşı sanksiyaların qəbul edilməsi vacibdir. Hüquqlara hörmət etmək, onları təmin etmək və həyata keçirməklə bağlı dövlətin öhdəliyi əsasdır, dövlət məqsədli və ya davamlı şəkildə insan hüquqlarını pozduğu halda təşkil edilən regional və ya beynəlxalq tribunallar isə köməkçidir. İnsan hüquqlarının əhəmiyyəti onların qorunmasını təmin edən vasitələrdə daha geniş şəkildə əks olunur. Bu, yalnız insan hüquqları aktivistlərinin deyil, həmçinin, ümumilikdə bütün insanların qələbəsi hesab olunmalıdır. Bu uğur nəticəsində çox saylı və hərtərəfli insan hüquqları mətnləri (vasitələr) və icra prosedurları inkişaf etdirilmişdir.
Müəllif :
Xəyalə Kələşova, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi (Azərbaycan).
Nəşr tarixi : 2022
Bu araştırmanın amacı toplumun hukuk düzenini ve adaleti koruyan cezanın nereden geldigi, amacları ve günümüzde cezanın hangi koşullarda verilmeli olduğunu incelemek ve modern çağda cezanın hukuk düzenini korumadakı mutlaqliyini dikkate almaktır. Mekalede, 2000 tarihli Azerbaycan Cumhuriyyeti Ceza Kanunu ve 2005 tarihli ve 5237 saylı Türk Ceza Kanunundaki ceza teorilerinin tanımına genel bakış sunacak ve ceza teorilerinin ceza hukukuna nasıl yansıdığını incelenecektir.
Müəllif :
Mətanət Səmədli, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin prokuroru, I dərəcəli hüquqşünas
Nəşr tarixi : 2022
Məqalədə universal nəzarət mexanizmi kimi Ümumdünya Ticarət Təşkilatının səhiyyə sahəsindəki beynəlxalq hüquq normalarının milli hüquqi implementasiyasında rolundan bəhs edilir. Qeyd edilir ki, Ümumdünya Ticarət Təşkilatı səhiyyə sahəsindəki beynəlxalq hüquq normalarının milli hüquqi implementasiyanda əsas universal nəzarət mexanizmi qismində çıxış edir. Məqalədə Ümumdünya Ticarət Təşkilatının normayaradıcılığı fəaliyyəti təhlil edilir. Onun çərçivəsində qəbul edilən aktların təsnifatı aparılır və həmin aktların hüquqi müqayisəsi həyata keçirilir.Qeyd olunan aktların müddəalarının dövlətlərin hüquqi sistemində implementasiya xüsusiyyətləri araşdırılır.
Müəllif :
Fatimə Hüseynova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Məqalədə mədəni və təbii irsin qorunmasının beynəlxalq və milli normativ-hüquqi tənzimlənməsi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və mühüm beynəlxalq sənədlərlə geniş təhlil edilir. Qeyd edilənlər Azərbaycan Respublikasının milli qanunvericiliyinin qarşılıqlı təhlili ilə bərabər aparılır. Belə nəticəyə gəlinir ki, mədəni və təbii irsin qorunmasının beynəlxalq və milli normativ-hüquqi tənzimlənməsi nəsələlərinin təhlili iki istiqamətdə aparılmalıdır. Beynəlxalq-hüquqi tənzimetmə zamanı belə qənaətə gəlmək olar ki, burada əsas yeri beynəlxalq sənədlər tutur. Beynəlxalq sənədlərin isə özündə dövlətlərin konkret öhdəlikləri formasını müəyyən edən və ya “bərk hüquq” normalarına söykənən beynəlxalq müqavilələr formasında qəbul edilməsi daha məqsədəmüvafiq olardı.
Müəllif :
Leyla Həşimova -hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Məqalə əmtəə nişanlarının inkişaf tarixinin icmalını təqdim edir, onun mənşəyini yunanlar və romalılar kimi qədim sivilizasiyalara aparır. Əmtəə nişanları çoxəsrlik inkişaf mərhələsindən keçmişdir. Bu müddət ərzində onlar əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Əmtəə nişanları müasir ticarətin mühüm aspektidir, bizneslərə öz brendlərini yaratmağa və qorumağa imkan verir. Lakin əmtəə nişanlarının tarixi qədim sivilizasiyalara aid əmtəə nişanlarına bənzər təcrübələrin sübutu ilə çox qədim dövrlərə gedib çıxır. Əmtəə nişanı hüququnun Orta əsrlər və İnqilab dövründə necə inkişaf etdiyi, nəticədə onun XIX əsrdə ayrı bir hüquq sahəsi kimi necə tanındığı izah edilir. Məqalədə həmçinin Paris Konvensiyası da daxil olmaqla əmtəə nişanı hüququ haqqında müasir anlayışı formalaşdıran bəzi əsas hüquqi hallar və qanunlar müzakirə olunur. Nəhayət, internetin təsiri və qlobal brendlərin yüksəlişi kimi əmtəə nişanı hüququ dünyasındakı bəzi aktual problemlərə və müzakirələrə nəzər yetirilir. Ümumilikdə, məqalə əmtəə nişanı hüququnun tarixinə və təkamülünə hərtərəfli baxışı təqdim edir.
Müəllif :
Çingiz Çingizzadə
Nəşr tarixi : 2023
Cinayətin obyektiv cəhəti müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Cinayətin obyektiv cəhəti cinayəti konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimaitəhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhətinin daha qabarıq nəzərə çarpan xarici əlamətlərindən qanuna bütün hallarda ancaq “hərəkət” və “hərəkətsizlik” məfhumları daxil edilmişdir. Hərəkət insan davranışının fəal, hərəkətsizlik isə passiv formasıdır. Cinayətin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, cinayətin edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir.
Müəllif :
Ülvi Əsədullayev - doktorant, Baku Dövlət Universiteti
Nəşr tarixi : 2023
Hər bir dövlətin inkişafını şərtləndirən, onu möhkəmləndirən başlıca amillərdən biri də məhkəmə-hüquq sistemidir. Vətəndaşın dövlətə güvəni, sosial ədalət, iqtisadi inkişaf və s. anlayışlar dövlət üçün vacib hesab edilməklə yanaşı, həm də məhkəmə-hüquq sisteminin zəruri ünsürlərindəndir. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından respublikada bu sahə daim xüsusi diqqət mərkəzində olmuşdur.
Müəllif :
Fərid Dadaşov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi kiçik ədliyyə müşaviri
Nəşr tarixi : 2021
Azərbaycan Respublikasının cinayət mühaki-mə icraatında şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi, o cümlədən, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması onun barəsində cinayət-prosessual icraatın diferensiasiya edilmiş qayda-da həyata keçirilməsi üçün əsas kimi çıxış edir. Bu anlamda, anlaqsız vəziyyətdə cinayət törət-miş, eləcə də, cinayət törətdikdən sonra psixi xəs-təliyə tutulmuş şəxslərə də barəsinə fərqli cina-yət-prosessual forma tətbiq edilən ayrı-ayrı kate-qoriyalı şəxslər kimi baxmaq mümkündür.
Müəllif :
Lalə Məmmədova - Bakı Dövlət Universiteti, “Cinayət prosesi” kafedrasının müəllimi, Hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023