inayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətməyə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinə əsasən cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir icraatda birləşdirilə bilməz.
Müəllif :
Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini baş ədliyyə müşaviri
Nəşr tarixi : 2021
Məqalənin predmetini təşkil edən xalqların öz müqəddəratının təyin edilməsi hüququ ədəbiyyatda geniş təhlil edilən və barəsində yüzlərlə məqalələr yazılan bir mövzu olsa da, hələ də bu hüququn kifayət qədər mücərrəd olmasından irəli gələn problemlər qlobal və regional miqyası ilə seçilir. Bunu nəzərə alaraq, məqalədə “xalq” anlayışına münasibətdə əvvəlcə ənənəvi yanaşma göstərilir, daha sonra təklif edilən yeni və kompleks metod konkret müddəalarla ortaya qoyulur. Məqalənin gedişində son illərin aktual hadisələrindən, müxtəlif məhkəmə işlərindən və elmi nəşrlərdən istifadə edilmişdir. Nəticəvi hissədə isə yanaşma tənqidlərə açıq elan edilir və təkmilləşdirmənin hər bir dövrdə labüdlüyü vurğulanır.
Müəllif :
Siyavuş Bağırov
Nəşr tarixi : 2024
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsini və bununla bağlı beynəlxalq əməkdaşlıq məsələlərini tənzimləyən 4-cü və 38-ci Tövsiyələrinə müvafiq olaraq, müsadirə üçün effektiv sistem özündə izləmə və istintaqı, beynəlxalq əməkdaşlığı, qətimkan tədbirlərini (dondurma və əmlak üzə rinə həbs qoy ma) və cinayət mühakmə icraatından kənar müsadirə tədbirlərini əhatə edir.
Müəllif :
Rauf Gözəlov
Qazax rayon prokuroru
ədliyyə müşaviri
Nəşr tarixi : 2021
Layiqli həyat hüquqlarının təminatı müasir dövrdə ən başlıca gündəlik tələbatların ödənilməsi ilə səsləşir. Nisbi xarakter daşıyan bu hüquqlar müxtəlif regionlarda fərqli tənzimlənir. Regionlarda bu hüququn realizəsini geniş araşdıran müəllif tərəfindən bu dəfə Afrika regionu tədqiq edilir. Belə ki, regionda yoxsulluq və bərabərsizlik kimi davamlı qlobal problemlərin mövcudluğu bu ərazilərdə yaşayan insanların layiqli həyat səviyyəsinin aşağı düşməsi və onların tələbatlarının adekvat səviyyədə ödənməməsi ilə nəticələnir. Məqalədə layiqli həyatın təminatı sahəsində bu bölgədə mövcud normativ aktlar araşdırılmış, bu istiqamətdə mövcud məhkəmə təcrübələri təhlil edilmişdir. Müəllif adekvat rifah halına çıxışa maneə törədən halları da araşdırmış, bu istiqamətdə müvafiq təkliflər irəli sürmüşdür.
Müəllif :
Mələkxanım Rəhimova
Nəşr tarixi : 2024
Azərbaycan Respublikası dünyada müxtəlif dövlətlərdən ibarət beynəlxalq təşkilatların üzvü olmaqla insan hüquq və azadlıqlarının təminatçısı olan bir çox konvensiyalara qoşulmuşdur. Respublikamızın belə bir təşkilatların üzvü olması onu həmin təşkilat tərəfindən qəbul olunan beynəlxalq standartların, qərarların və həyata keçirilən proqramların tələblərinə riayət etməyə və beynəlxalq hüququn normalarına uyğun milli qanunvericilik sistemini forma laşdırmasına yönəldir. Digər dövlətlər kimi Azərbaycan Respublikası da dövlətin qanunlarının beynəlxalq hüquqa uyğunluğunu təmin etmək məqsədilə bir çox sahələrdə islahatlar aparmışdır. Həmin islahatların keçirilməsini zəruri edən sahələrdən biri də yetkinlik yaşına çatmayanların hüquqlarıdır.
Müəllif :
Emil Qədimov Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin böyük prokuroru ədliyyə müşaviri
Nəşr tarixi : 2021
Məqalədə, Avropa Birliyinin əsas insan hüquqlarına dair Xartiyasının qəbulu və qüvvəyə minməsindən sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda baş vermiş və davam edən yeniliklər tədqiq olunur. Bu məqsədlə, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqda Avropa Konvensiyasının və Xartiyanın analoji maddələri müqayisəli təhlil edilir. Konkret işlərin araşdırılması əsasında, Xartiyanın İHAM-ın presedent hüququna təsir xüsusiyyətləri aşkarlanır və sistemləşdirilir.
Müəllif :
Səadət Novruzova - Dissertant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2024
Dünyada aktuallığını hər zaman qoruyub saxlamış problemlərdən biri olan miqrasiya axınları və nəticədə ortaya çıxan problemlər bu sahədə əsaslı təşkil olunmuş idarəetmə sistemi və qanunvericilik tələb edir. Qeyd etməliyik ki, miqrasiya prosesləri qısa zaman kəsiklərində böyük dəyişikliklərə uğraya bilir və bu baxımdan yerli və beynəlxalq səviyyədə bu transformasiyalara çevik cavab vermək iqtidarında olan mexanizmlər tətbiq edilməlidir. Hər hansı kiçik bir regionda baş verən və miqrasiya axınını şərtləndirən hadisənin baş verməsi qlobal səviyyədə öz təsirini göstərə bilir. Bu baxımdan məqalə yazılarkən 5 Avropa ölkəsinin miqrasiya qanunvericiliyi və müvafiq sahədə həyata keçirdiyi idarəçilik siyasəti, həmçinin Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət idarəetməsinin xüsusiyyətləri tədqiq olunmuşdur. Araşdırılan Avropa ölkələri miqrasiya axınlarını birbaşa qarşılayan cənub regionunda yerləşən ölkələrdən seçilmişdir ki, bu da ciddi sınaqdan keçmiş idarəetmə modellərini görməyimizə xidmət etmişdir.
Müəllif :
Elvin Əliyev - Doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2024
Məqalədə rəqəmsal məkanda müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi təhlil edilir. Bu məqalənin aktuallığı texnologiyaların daimi inkişafı və onlayn mühitdə istifadə olunan məzmunun miqdarının artması ilə əlaqədardır. İnternetin və rəqəmsal platformaların inkişafı ilə müəllif hüquqlarının pozulmasının yeni yolları ortaya çıxır və müvafiq olaraq, məzmun yaradıcılarının hüquqlarını qorumaq üçün qanunvericiliyi daim təkmilləşdirmək lazımdır. Azərbaycan Respublikası onlayn mühitdə müəllif hüquqları sahəsində də problemlərlə üzləşir, ona görə də qanunların rəqəmsal məkanın yeni reallıqlarına uyğun olması vacibdir. Buraya müəllif hüquqlarının qorunması üzrə yeni tədbirlərin tətbiqi, müəllif hüquqlarının pozulmasına görə cəzaların sərtləşdirilməsi, piratlığa qarşı mübarizədə digər ölkələrlə əməkdaşlıq və s. daxil ola bilər.
Müəllif :
Məryəm Orucova- BDU hüquq fakültəsi, Əqli Mülkiyyət hüququ kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2024
В статье рассматриваются уголовно-правовые механизмы защиты прав интеллектуальной собственности в Азербайджане и отмечаются их особенности, обусловленные характерными чертами, отличающий интеллектуальную собственность от материальной. Далее проводится анализ статей Уголовного Кодекса регулирующих правонарушения в данной сфере, а также рассматриваются нормы других Кодексов и специализированных законов, принятых в разных областях права интеллектуальной собственности. Последующая часть, в статье изучает законодательство Франции с точки зрения правонарушений прав интеллектуальной собственности, где центральное место отводится Кодексу Интеллектуальной собственности Франции.
Müəllif :
Айдан Мамедова
Nəşr tarixi : 2024
Bu məqalədə Azərbaycan Respublikasının təcrübəsinə əsaslanaraq, bəzi əmək qanunvericiliyi normaları ilə mediasiya sahəsində qanunvericilik arasında əlaqə araşdırılır. Mediasiya institutunun inkişafına mane olan, bəzən isə hüquqların pozulmasına və əmək mübahisələrinin yaranmasına səbəb olan bəzi mövcud hüquq normaları daxilindəki ziddiyyətlər vurğulanır. Mediasiya mübahisələrin həlli forması kimi, şübhəsiz ki, müasir cəmiyyətin tələbləri nəzərə alınmaqla əmək münasibətlərinin keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Məqalədə qanunvericiliyə konkret təkmilləşdirmələr təklif edilir, mediasiya institutunun uzunmüddətli inkişafının zəruriliyi vurğulanır. Məhkəmə icraatında olan əmək münasibətlərindən irəli gələn mübahisələrinin tam əksəriyyəti, təbii ki, işçi tərəfindən qaldırılmış iddialar əsasında başlanılmış icraatlardır. Beləliklə, daha “güclü tərəf” olan işəgötürən əmək mübahisələrində əksər hallarda sadəcə olaraq mediasiya mərhələsinə maraqlı olmayaraq, mümkün yollarla burada iştirakdan yayınmaq istəyir. Bir çox hallarda formalaşmış yanaşma mediasiya prosesində iştirakın “zəiflik” əlaməti kimi dəyərləndirilməsi baxımından da, mediasiya prosesinin keçirilməsinə ciddi maneədir.
Müəllif :
Azər Rəhimov
Nəşr tarixi : 2024