Normativ xarakterli akt termini həm ümumi hüquq nəzəriyyəsi, həm də milli qanunvericilik üçün yeni anlayışdır. Ümumiyyətlə, «Normativ‐hüquqi aktlar haqqında» Konstitusiya qanununun 1.0.3‐cü maddəsində hüquqi aktların bir növü kimi normativ xarakterli aktlara verilən leqal definisiyaya əsaslanaraq deyə bilərik ki, cinayət‐prosessual hüququn mənbəyini təşkil edən normativ xarakterli aktlar müəyyən spesifik xüsusiyyətlərə malikdir
Müəllif :
Qaya Əliyev Hüquqşünas
Nəşr tarixi : 2015
Azərbaycan Respublikasının müasir mülki hüquq nəzəriyyəsində presedent hüququnun tətbiqi (hüququn mənbələrindən biri olması) ilə bağlı vahid fikir mövcud deyildir. Azərbaycan Respublikasının mülki hüququnda presedent hüququna ögey münasibət, yaxud onun “qəbuledilməz” hesab edilməsi ənənəsi sovet hakimiyyəti illərindən miras qalmışdır. Bunun əsas səbəblərindən biri kimi “presedent hüququ” anlayışının qərb ölkələrinin hüququndan, dolayısı ilə burjua hüquq məkanından gəlməsi və orada tətbiq edilməsi göstərilirdisə, digər səbəblərindən biri kimi də, əslində “presedent hüququ” anlayışının dar çərçivədə təsəvvür edilməsi ilə izah edilməlidir. Sonuncu fikir bu gün də əksər hüquqşünas alimlərin baxışlarında müşahidə edilməkdədir.
Müəllif :
Xamis Seyranov Hüquqşünas
Nəşr tarixi : 2015
Ləyaqətsiz vərəsənin hüquqlarından və vəzifələrindən söhbət açarkən öncə bildirmək lazımdır ki, bu barədə nə qanunvericilikdə nə də ki, hüquq ədəbiyyatındaətraflı bir məlumat verilməmişdir (Məlumat üçün bildiririk ki, MM‐in 1142‐ci maddəsi “Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri” adlandırılsa da, maddədə ləyaqətsiz vərəsənin yalnız “geri qaytarmaq” vəzifəsi göstərilmişdir). Biz Mülki Məcəllənin xüsusi hissəsinin normalarında nəzərdə tutulmuş halları araşdıraraq ləyaqətsiz vərəsənin hüquqlarını və vəzifələrini müəyyən etmişik.
Müəllif :
Paşa Səfərov Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2015
Azərbaycan Respublikası Konstitusiyasının 61‐ci maddəsində təsbit olunmuş hüquqi yardım almaq hüququ şəxsiyyətin əsas və bölünməz hüquqlarından biridir. Bu hüququn mahiyyəti və məzmun tutumu onun bütün insan və vətəndaş hüquq və azadlıqlarının təmin olma mexanizmində vacib rol aldığını göstərir. Aydındır ki, belə bir fundamental hüququn elmi tədqiqi onun genezisini və inkişaf yolunu tarixi aspektdə kompleks tədqiq etməklə mümkün ola bilər.
Müəllif :
Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü
Nəşr tarixi : 2015
Bu tədqiqatın məqsədi Azərbaycan Respublikasının “Nəzarət qurumları və trans‐sərhəd məlumat axını haqqında Əlavə Protokol”a qoşulacağı təqdirdə ölkədə fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumunun yaradılması perspektivlərini və bu sahədə qabaqcıl beynəlxalq təcrübəni təhlil etməkdən ibarətdir. Araşdırma nəticəsində icitmaiyyətin etimad göstərəcəyi və fərdi məlumatların effektiv mühafizəsini həyata keçirərək fərdlərin mühüm konstitusion hüquqlarından birini təmin edə biləcək nəzarət qurumunun yaradılması ilə bağlı tövsiyələr irəli sürülmüşdür. Əlavə Protokolun digər və daha geniş tənzimləmə predmeti olan fərdi məlumatların trans‐sərhəd ötürülməsi problemi bu tədqiqat işində araşdırılmamışdır. Açar sözlər: fərdi məlumatların mühafizəsi, nəzarət qurumları, “Nəzarət qurumları və trans‐sərhəd məlumat axını haqqında Əlavə Protokol”.
Müəllif :
Aysel Əsgərova Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin böyük məsləhətçisi, hüquqşünas
Nəşr tarixi : 2014
Məqalədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsində nəzərdə tutulan cinayətin xüsusi subyektlərindən birinin ‐ nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin anlayışının dəqiqləşdirilməsi problemi nəzərdən keçirilir. Mövcud istintaq və məhkəmə təcrübəsində yol‐nəqliyyat hadisəsinin iştirakçısı olan sürücünün aşağıdakı dörd halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayılması ilə bağlı yekdil mövqe var: a) həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnu ümumiyyətlə əldə etməmiş olduqda; b) şəxs bu hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum edilmiş olduqda; c) şəxsin bu hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvəqqəti məhdudlaşdırılmış olduqda; ç) şəxs sürücülük vəsiqəsinin kateqoriyasına uyğun olmayan nəqliyyat vasitəsini idarə etdikdə Lakin şəxsə verilən sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitmiş olduğu halda onun nəqliyyat vasitəsini idarə etmək hüququ olan və ya olmayan şəxs hesab edilməsi ilə bağlı fikir ayrılığı mövcuddur. Problem ondadır ki, yol hərəkətinə dair qanunvericilik şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitmiş olduğu halda onun nəqliyyat vasitəsini idarə etməsini yolverilməz sayır. Müəllif hesab edir ki, bu məsələyə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş şəxsin sağlamlığının sürücülük üçün yararlı olub‐olmaması nəzərə alınmaqla yanaşılmalıdır, çünki beynəlxalq və milli qanunvericiliyə əsasən, sürücülük vəsiqəsinin müddətlə verilməsində başlıca məqsəd sürücünün sağlamlıq vəziyyətini dövri olaraq yoxlamaqdır. Bu problemə tam aydınlıq gətirilməsi üçün müəllif təklif edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsinə “Qeyd” əlavə olunmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə normativ anlayış verilməlidir.
Müəllif :
Ərşad Hüseynov “Digesta” hüquq nəşriyyatının direktoru, hüquqşünas
Nəşr tarixi : 2014
Hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür. Bəs hüquq münasibətlərinin xarakterik əlamətləri hansılardır? Hüquq elmi və doktrinası onların bir sıra xarakterik əlamətlərini müəyyənləşdirir.
Müəllif :
Azər Nağıyev Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Bundan əvvəlki yazımızda cinayət mühakimə icraatı zamanı məhkəmə baxışının hədlərini tənzimləyən AR CPM‐nin 318‐ci maddəsinin praktikada tətbiqi zamanı ortaya çıxan bir sıra aktual məsələlərə dair şəxsi mülahizələrimizi bildirmişdik. Hazırkı yazımızda isə cinayət işlərinə baxılması zamanı tez¬tez qarşılaşdığımız və eyni dərəcədə də aktual olan bir məsələyə ‐ cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi ilə bağlı məsələlərə münasibət bildirmək istərdik.
Müəllif :
İkram Şirinov Vəkillərin İxtisas Komissiyasının üzvü, hakim
Nəşr tarixi : 2014
Demokratik və hüquqi dövlət olan Azərbaycanda ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CM‐nin, CPM‐in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəa və tələblərinə ciddi əməl edilməsi məhkəmə və cinayət prosesi iştirakçılarının əsas vəzifələrindən biri olmaqla ədalət mühakiməsi bu hüquqi baza ilə şərtləndirilən prosessual hüquq normalarına uyğyn həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət‐prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır.
Müəllif :
Əhməd Fərhadov Vəkillərin Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Vərəsəlik hüququ həm Almaniya Konstitusiyası (Grundgesetz, 14‐cü maddə) həm də Azərbaycan Respublikası Kostitusiyası (maddə 29, bənd 5) ilə təminatına zəmanət verilən hüquqlardan biridir. Bu hüquq, Alman Mülki Məcəlləsinin (bundan sonra AMM) ən sonuncu, yəni beşinci kitabında, Azərbaycan Respublikasının (bundan sonra AR) Mülki Məcəlləsinin (MM) isə onuncu bölməsində öz əksini tapmışdır
Müəllif :
Elvin Cəbrayılov Almaniyanın Vürtsburq Universitetinin hüquq üzrə magistrı
Nəşr tarixi : 2014