Statistik məlumatlar göstərir ki, cinayət qanunvericiliyində xuliqanlıq kimi tövsif edilən ictimai təhlükəli əməllər ölkəmizdə çox yayılmış hadisələr sırasına aiddir. Təsadüfi deyildir ki, xuliqanlıq cinayəti kimi qiymətləndirilən əməllər son yüz ilə yaxın müddət ərzində həm qanunverici orqanların, həm də məhkəmə və hüquq‐mühafizə orqanlarının necə deyərlər, daim diqqət mərkəzində olmuşdur. Bu müddət ərzində xuliqanlıq cinayətlərinin anlayışı dəfələrlə dəyişikliklərə məruz qalmış, məhkəmələrin ali orqanları bu cinayətlərlə bağlı qanunların məhkəmə‐istintaq orqanları tərəfindən tətbiq olunması qaydaları barədə izahlar və şərhlər vermişlər. Bu proses indiki vaxtda da davam etməkdədir.
Müəllif :
Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2017
Azərbaycan Respublikasında məhkəmə‐hüquq islahatlarının əsas istiqamətlərindən biri ölkə qanunvericiliyinin yerli şərait nəzərə alınmaqla Avropa standartlarına uyğunlaşdırılmasıdır. Burada əsas məqsəd insan hüquqları və əsas azadlıqlarının qanunlarda təsbit edilməsi ilə yanaşı, onun səmərəli müdafiə vasitələrinin müəyyən edilməsidir. Diqqətinizə təqdim edilən məqalə ağlabatan müddət institutunun mahiyyətinə, onun hüquqi əsaslarına, eyni zamanda Azərbaycan Respublikası cinayət‐ prosessual qanunvericiliyində təsbit edilmiş müddətlərin “ağlabatan müddət” prizmasından təhlilinə həsr edilmişdir.
Müəllif :
Fərid Həsənov, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dissertantı
Nəşr tarixi : 2014
Əsas öhdəliyin təminat üsulu kimi girovun/ipotekanın kökləri hələ Roma hüququnda təsbit edilmişdir. Belə ki, ticarətin inkişaf edilməsi, bazar iştirakçılarının bir‐birinə olan etimadının və etibarının yaranması və güclənməsi zərurəti bu istiqamətdə müəyyən zəmanətlər tələb edirdi. Roma imperiyasında ilkin dövrlərdə təminat barədə razılıqlar şifahi formada olsa da, sonradan bu razılaşmalar yazılı qaydada aparılaraq, təminat üsulu kimi hüquq institutuna çevrilmişdir.
Müəllif :
Əli Məmmədov, Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Sübutetmə subyektləri sübutetmədə daimi rol oynayan sübutetməni həyata keçirən (sübutları toplayan, yoxlayan və qiymətləndirən) və ona görə məsuliyyət daşıyan; qanunla müəyyən edilən hüquqlarının qorunması üçün sübutetmə prosesində aktiv və uzunmüddətli iştirak etmək hüququna malik olan orqan və şəxslərdir. Prosessual hüquq və vəzifələrin digər subyektləri (sübutetmə subyektləri olmayan) sübutetmədə xüsusi prosessual maraqlar olmadan köməkçi və ya epizodik rol oynaya bilərlər.
Müəllif :
Fariz Namazlı, Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək və yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Təqsirləndirilən və ya şübhəli şəxs üçün bu hüquqlar müdafiəçi köməyindən istifadə etmək yolu ilə dövlət təminatı vasitəsilə realizə edilir. İbtidai istintaq mərhələsində müdafiəçi (və ya nümayəndə) qismində vəkil çıxış edir ki, bu da şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının vacib təminatıdır
Müəllif :
Şəhriyar Əliyev, Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Ötən məqalədə biz əsasən vəkillik fəaliyyəti zamanı cinayət işləri üzrə rastlaşılan problemlər barədə məlumat vermişdik. Bu məqalədə isə daha çox mülki işlər üzrə rastımıza çıxan əsas problemlərdən bəziləri barədə məlumat verməyə çalışacağıq
Müəllif :
Kamandar Nəsibov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
Nəşr tarixi : 2014
Cəmiyyətimizdə baş verən hadisələr göstərir ki, tibb işçilərimiz öz hüquqlarını və həmin hüquqların müdafiəsi mexanizmlərini bilməməsi, bu sahədə hüquqi təbliğat aparan qurumların az olması səbəbindən onların hüquqları bir çox hallarda pozulur. Digər bir tərəfdən insan və vətəndaş hüquqlarının prioritet hesab olunması da həkimlərin hüquqlarının təbliğini bir qədər ikinci plana salmışdır. Hüquq və vəzifələrin bir‐biriləri ilə vəhdətdə olması səbəbindən hüquqlardan danışarkən vəzifələrin kənarda saxlanması düzgün olmazdı. Ona görə də bu gün ki mühazirəmizdə tibb işçilərimizin hüquqları və vəzifələri izah olunmalı və həmin hüquqların müdafiə mexanizmlərindən danışılmalıdır. Olduqca aktual mövzu olmasına baxmayaraq ölkəmizdə bu mövzu olduqca az tədqiq olunmuşdur. Halbuki bu olduqca geniş mövzu hesab oldunur. Bu səbəbdən də məqalə kimi yazılması üçün predmet ümumiləşdirilmişdir.
Müəllif :
İntiqam Hacıyev - Hüquqşünas
Nəşr tarixi : 2017
Dövlət‐vətəndaş münasibətləri probleminin səmərəli həlli yollarının axtarışı tarixən dövlətçiliyin yaranmasına və inkişafına təsir edən önəmli amillərdən biri və bəlkə də birincisi olmuşdur. Əslində, dövlətçiliyin inkişafı tarixi elə dövlət‐vətəndaş münasibətlərinin inkişafı tarixidir. Dövlət‐vətəndaş münasibətlərinin qurulması ilə bağlı bəşəriyyətin yaratdığı zəngin tarixi irsdən bəhrələnmək, ondan yararlanmaq, muasir dünyanın inkişaf tendensiyalarını, dövlətçilik standartlarını nəzərə almaq bizim borcumuzdur.
Müəllif :
Nigar Rəsulbəyova, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
Nəşr tarixi : 2014
Təhsil hüququnun bütün digər hüquqlar içərisində xüsusi önəmi vardır. Təhsil hüququ həm özlüyündə ayrıca bir hüquqdur, həm də digər hüquqların öyrənilib dərk edilməsi, yararlanılması və qorunmasında vasitə rolunu oynayır. Bu mənada, təhsil hüququ fərdlərin yaşamaq hüququndan fikir və söz azadlığına, sağlamlıq hüququndan seçki hüququnadək bütün hüquqların istifadəsinin ilkin şərtidir. Yaşamaq hüququnun mövcudluğu və qorunması təhsildən asılıdır. Həmçinin, uşağın fiziki, zehni, sosial və mənəvi inkişafı üçün təhsilə ehtiyacı vardır. Uşaqların təhsil hüququ və onun realizə şərtləri
Müəllif :
Nərmin Əmirova - Hüquqşünas
Nəşr tarixi : 2017
Hüququn mənbəyi dedikdə, hüquq normalarının təsbiti və ifadə üsulları və ya hüquq normalarının təsbit olunduğu rəsmi dövlət sənədləri başa düşülür. Hüquq sistemlərinə mənsubluqdan asılı olaraq dünya dövlətlərinin qanunvericiliyində hüququn mənbəyinin tərkibi fərqli qaydada müəyyən edilmişdir. Belə ki, Anqlo‐Sakson hüquq sisteminə daxil olan ölkələrin (məs: İngiltərə, ABŞ və s.) qanunvericiliyində normativ hüquqi aktlarla yanaşı məhkəmə presedenti də hüququn mənbəyi kimi qəbul edildiyi halda, Roman‐German hüquq sisteminə daxil olan ölkələrin, o cümlədən Respublikamızın qanunvericiliyində məhkəmə presedenti hüququn mənbəyi kimi qəbul edilmir.
Müəllif :
Pənah Məmmədov - Vəkil
Nəşr tarixi : 2017