Müşahidə video sistemləri cinayətlərin qarşısının alınmasında, cinayətin açılmasında və istintaqında effektiv vasitə kimi çıxış edir. Videokameranın “qərəzsiz” kamerası imkan verir ki, cinayət hadisəsi barədə real görüntülər, cinayətin törədilmə mexanizmi və cinayətkarların şəxsiyyəti barədə müfəssəl məlumatlar əldə olunsun.
Müəllif :
Elxan Əsgərov - Elm-Tədris Mərkəzi, Kriminalistika kafedrasının prokuroru, ədliyyə müşaviri
Nəşr tarixi : 2014
Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər müstəsna hallarda, yalnız Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilə bilərlər.
Müəllif :
Nazir Bayramov - Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri
Nəşr tarixi : 2014
“Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması”1 prosessual institutu barədə tənqidi fikirlər söylənməsinin başlanğıcı onun təsbit edildiyi ilk günlərə təsadüf edir. Bu institut cinayət prosesinin çox nadir məsələlərindəndir ki, ona biganə qalan demək olar ki, yoxdur
Müəllif :
Nazir Bayramov - Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri
Nəşr tarixi : 2014
Distant dindirmə dindirmə istinaq hərəkətinin inkişaf etmiş modelidir. Lakin distant dindirmənin özünün də spesifik xüsusiyyətləri vardır. Təqdirəlayiq hal hesab olunan elmi‐texniki tərəqqi insan fəaliyyətinin bütün sahələrinə öz təsirini göstərir. Hüquq sahələri, eyni zamanda cinayət prosesi də bu təsirdən kənarda qalmamışdır. Bəzi müəlliflər bu tərəqqini qəbul etmir, bəziləri isə əksinə tərəqqinin nəticələrini müvafiq qanunvericiliyə daxil edilməsinə səy göstərirlər.
Müəllif :
İntiqam Hacıyev - Bakı Dövlət Universitetinin magistrantı
Nəşr tarixi : 2016
Bütün zamanlarda hüquqi cəhətdən ən aktual suallardan biri ‐ hüquq norması düzgün tətbiq olunmuşdurmu? Fundamental elmlərdə əsasən də riyaziyyatda düstur əsas götürülür və qiymətlər yerlərinə qoyulduqdan sonra müəyyən olunur ki, məsələ və ya misal düzgün həll olundu və ya olunmadı. Bəs hüquqi sahədə elə bir düstur, mexanizm və ya proses varmı ki, onun vasitəsilə biz hüquq normasını düzgün tətbiq etdiyimizə əmin olaq?
Müəllif :
Çingiz Məmmədov - Vəkillər Kollegiyasınn üzvü
Nəşr tarixi : 2016
Günümüzün hüquqi reallıqlarına əsaslanaraq qeyd etməliyik ki, hüquqi yardım almaq hüququ ilə əlaqədar məsələlərə həm nəzəri‐metodoloji, həm də elmi‐empirik aspektlərdən aydınlıq gətirməyə, bəzi məsələlərini isə zamanla yenidən aydınlaşdırmağa ehtiyac vardır. Təklif olunan tematika üzrə mövcud elmi əsərləri diqqətlə analiz etdikdə məlum olur ki, hüquqi yardım almaq hüququnun qanunvericilik tənzimi, onun realizə olunma xüsuiyyətləri, müdafiə və mühafizə məsələləri hüquq elminin müxtəlif yönlü nümayəndələrinin daimi diqqətində olan məsələlər sırasındadır
Müəllif :
Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
Nəşr tarixi : 2016
İnsan hüquq və azadlıqlarının müdafiəsi çox qədim zamanlardan cəmiyyət üçün böyük maraq və əhəmiyyət kəsb etmişdir. Belə ki, dövlət və hüququn yarandığı qədim dövrlərdən başlayaraq insan hüquqlarının qorunması problemi dövlətin və cəmiyyətin diqqət mərkəzində olmuşdur. İnsan hüquq və azadlıqlarını müdafiə edən şəxslər meydana çıxmış və müvafiq qurumlar formalaşmışdır ki, həmin şəxslərin və qurumların tarixinə nəzər saldıqda, vəkillik peşəsinin çox qədim tarixə malik olduğunu görürük.
Müəllif :
Tural Hüseynov - Naxçıvan MR Vəkillər Kollegiyasının sədri
Nəşr tarixi : 2016