1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan xalqı qədimlərdən bəri formalaşıb gələn dövlətçilik ənənələrini bərpa etdi. Müstəqillik elan edil dik dən sonra isə artıq Azərbaycan Respublikası öz müstəqil siyasətini həyata keçirməyə başladı. Bu siyasət bütün sahələri əhatə etsə də, hüquq siyasətinin həyata keçirilməsi xüsusilə böyük əhəmiyyətli hesab edilirdi.
Müəllif :
Asif Qədirov - hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2021
Hər bir hüquqi dövlətdə olduğu kimi vətənimiz Azərbaycanda da insan hüquq və azadlıqları prioritet məsələlərdən biri sayılmaqla buna böyük önəm verilir. İnsan hüquq və azadlıqlarının qorunmasının dövlət qayğısı ilə əhatə olunması, həyata keçirilən məhkəmə hüquq islahatları və bunun tərkib hissəsi olan vəkillik fəaliyyətində həyata keçirilən islahatlar insan hüquq və azadlıqlarının qorunmasının inkişafına öz müsbət təsirini göstərmişdir.
Müəllif :
Şahmar Məmmədov - Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi yardım və Tədris mərkəzinin direktoru
Nəşr tarixi : 2021
Müasir şəraitdə cəmiyyətin sürətlə inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi, miqrasiya hallarına daha tez-tez rast gəlinməsi səbəbindən ailə-hüquq münasibətlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakına dair göstəricilərin artması müşahidə edilməkdədir. Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbi dövlətlərin vətəndaşları arasında nikahın bağlanması hallarına daha tez-tez rast gəlinir ki, bu da belə nikahlardan doğulmuş uşaqların tərbiyə edilməsi, onların yaşayış yerinin müəyyən edilməsi, valideynlərlə münasibət saxlaması qaydaları, xaricdə yaşayan valideynlərdən aliment tutulması və sair məsələlərin tənzimlənməsinin yeni hüquqi bazasının yaradılması ilə nəticələnmişdir.
Müəllif :
İsaxan Vəliyev - hüquq elmləri doktoru, professor
Nəşr tarixi : 2021
Müvəffəqiyyətlə yola saldığımız “Şuşa İli”dən “Heydər Əliyev ili”nə keçid təqvim ilinin sadəcə dəyişməsi olmayıb, doğma Azərbaycanımızın tarixində üzvi əlaqədə olan iki böyük Milli Sərvətin bir-birini tamamlaması, məntiqi ardıcıllığı kimi qiymətləndirilməlidir. Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimaisiyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidə kimi Şuşanı xarakterizə edər kən, Ümummilli Lider Heydər Əliyev deyirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Müəllif :
Seyfulla Aslanov - hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Məlum olduğu kimi, dünya ölkələrinin hüquq sistemlərində hüquqi tənzimetmənin iki əsas üsulundan istifadə edilir. Onlardan biri ondan ibarətdir ki, yalnız hüquqi sənədlərdə bilavasitə nəzərdə tutulan hərəkətlərin edilməsinə icazə verilir. Bu üsul «qanunla icazə verilməyən qadağandır» formulu ilə ifadə olunur.
Müəllif :
Mahir Tağiyev - hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra ümummilli liderimiz cənab Heydər Əliyevin rəhbərliyi altında sivil, demokratik dəyərlərə uyğun hüquqi dövlətin möhkəm, sarsılmaz təməlinin qoyulmasına yönəlmiş sistemli, geniş islahatlara başlanılmışdır. Bu islahatlar cəmiyyətin həyatının bütün istiqamətlərini əhatə etmiş və nəticədə dövlətimizin müstəqilliyi bütövlükdə bərqərar və dönməz olmuşdur.
Müəllif :
Rəşid YUSİFOV
Nəşr tarixi : 2023
Müstəqil Azərbaycanda milli dövlət quruculuğu prosesi ağır-ağır, lakin inamla davam edir. Bu prosesin özəlliyi onun daimi xarakterli olmasındadır. Mərhələlər, hadisələr bir-birini əvəz edir, hər biri özü ilə yeni vəzifələr gətirir, yeni icraçılar meydana çıxır, dəyişməyən isə bir şeydir: müstəqilliyimizin daimi, əbədi olması haqqında Ulu Öndər Heydər Əliyevin illər əvvəl dediyi və dövlətçiliyimizin məhək daşına çevrilmiş, azərbaycanlıların çox-çox nəsilləri üçün fəaliyyət proqramına çevrilmiş vəzifələrin ən yüksək səviyyədə və səmərə ilə yerinə yetirilməsi.
Müəllif :
Fəxrəddin Nağiyev - hüquq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
Nəşr tarixi : 2023
İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarından sayılan vicdan azadlığının təmin olunması demokratik cəmiyyətlərin və dövlətlərin ümumi inkişafının təməl prinsiplərindən biridir. Odur ki, inanclı insanların dini etiqad azadlığının məhdudlaşdırılması konstitusion hüquq normalarının pozulması kimi qiymətləndirilir.
Müəllif :
İsaxan Vəliyev - hüquq üzrə elmlər doktoru, professor
Nəşr tarixi : 2023
Müasir Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçiliyin möhkəmlənməsi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edən demokratik-hüquqi islahatlar həyata keçirmişdir
Müəllif :
Rahib Əkbərov - Hüquq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Tarix və müasir təcrübə göstərir ki, terrorçuluq hakimiyyət uğrunda mübarizədən, ona müəyyən sosial əhəmiyyətli maraqlar baxımından təsirdən yaranır. Terrorçuluq demək olar ki, həmişə siyasi motivlidir və konkret siyasi nəticələrə yönəlib.
Müəllif :
Hafiz Musayev - hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023