Cinayət prosesinin məqsədlərinə çat-ması, vəzifələrini yerinə yetirməsi üçün əsas rol oynayan, sübutetmənin məqsədi, məhkəmə icraatının – cinayət mühaki-mə icraatının konstitusion vəzifəsi olan həqiqətin müəyyən edilməsi ən qədim dövrlərdən bəri fəl-səfi düşüncənin, fəlsəfənin maraq obyekti, əsas məsələsi olan dünya haqqında həqiqətin müəyyən edilməsi, dünyanın, real həyatdakı hadisə və pro-seslərin dərk edilməsi ilə bağlı yanaşmanın xüsu-si təzahürü, konkret sahəvi xarakter almış forma-sıdır. Bu baxımdan da belə demək doğru olar ki, cinayət prosesində həqiqətin müəyyən edilməsi ən ümumini tədqiq edən, bütün sahələrin arayış-larının xidmət etdiyi fəlsəfədəki həqiqət kateqori-yasının və həqiqətin müəyyən edilməsi yolunun cinayət prosesinə bu sahənin xarakterik xüsusiy-yətlərinə görə şəkillənmək, formalaşmaqla trans-formasiyasıdır. Bu məqalə fəlsəfədə həqiqət və həqiqətin müəyyən edilməsinə dair yanaşmalara qısa baxışdır və onun cinayət prosesinə transfor-masiyasının təsvirini verir.
Müəllif :
Aygün Cəbyiyeva - Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə eksprtizası kafedrasının müəllimi, Cinayət prosesi kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2023
Dövlətlərin cinayətkarlıqla mübarizə aparması, cinayətkarların ifşa edil-məsi və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi sahəsində cinayət prosessual hü-quq mühümlüyü ilə seçilir. İstər hüquqi nəzəriy-yəyə, istərsə də müxtəlif dövlətlərin qanunverici-liklərinə nəzər yetirsək, başlıca məqsədlər qis-mində cinayətkarlığın qarşısının alınması, törə-dilmiş cinayətlərin mümkün qədər tez müddətdə açılması, nəticə etibarı ilə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən mühafizəsi kimi müddəalar görə bilərik. Azərbaycan qanunvericiliyində də buna rast gəlinir. 2000-ci ildə qüvvəyə minmiş Cinayət Prosessual Məcəllənin (bundan sonra – CPM) “Cinayət mühakimə icraatının vəzifələri” adlanan 8-ci maddəsində qeyd etdiklərimiz əks olunmuşdur
Müəllif :
Rauf Rüstəmov - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, “Cinayət prosesi” kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru
Siyavuş Bağırov - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, Bakalavr təhsil pilləsi üzrə III kurs tələbəsi
Nəşr tarixi : 2023
Azərbaycan Respublikası Prezidenti-nin 18 aprel 2006-cı il tarixli, 391 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” (bundan sonra – Ədliyyə Nazirliyi) Əsasnamənin 8.13-cü bəndinə əsasən, qanunveri-ciliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqın aparılması Ədliyyə Nazirli-yinin fəaliyyət istiqamətlərindən biridir. Həmin Əsasnamənin 10.20-ci bəndinə əsasən isə, ibtidai istintaq fəaliyyəti ilə əlaqədar qanunvericiliklə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək Ədliyyə Nazirliyinin hüquqlarından biridir.
Müəllif :
Fərdin Xəlilov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, III dərəcəli ədliyyə qulluqçusu
Nəşr tarixi : 2023
Beynəlxalq tibb hüququnun yaranması-nın əsas genezis elementi – əmələ-gəlmə əlaməti dünyada insanların sağlamlığının qorunması, yüksək səviyyəli tibbi xidmətlərin inkişaf etdirilməsi, müxtəlif xəstəlik-lərə qarşı aparılan mübarizənin qlobal xarakter alması, əhalinin müntəzəm şəkildə tibbi müayinə-lərə cəlb olunması, insanların bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni səhiyyə infrastruktur komplekslərinin yara-dılması, eləcə də sağlamlığın qorunması konteks-tində çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin kütləvi xarakter almasıdır. Başqa sözlə desək, beynəl-xalq tibb fəaliyyətinin ümumdünya universal sə-viyyədə və dövlətlərarası əməkdaşlıq miqyasında həyata keçirilməsi, onun hüquqi cəhətdən tənzim-lənməsi və nizama salınması zərurəti beynəlxalq tibb hüququnun (BTH) yaranmasını şərtləndirir.
Müəllif :
Fatimə Hüseynova - Bakı Dövlət Universiteti “Hüquq fakültəsi “ Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası”nın dosenti, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Beynəlxalq cinayət tribunalları və Bey-nəlxalq Ədalət Məhkəməsi, iki müx-təlif sahədə fəaliyyət göstərən bey-nəlxalq məhkəmələr ədalətin təmin olunması və beynəlxalq hüquq normalarının qorunmasına xid-mət edir. Təəssüf ki, bir çox hallarda bu məhkə-mələrin yurisdiksiyasına aid olan bəzi işlər eyni-ləşdirilir. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin rolu beynəlxalq hüquqa uyğun olaraq dövlətlərin ona təqdim etdiyi hüqu-qi mübahisələri həll etmək və BMT-nin səlahiy-yətli orqanları və ixtisaslaşmış qurumları tərəfin-dən ona verilən hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər verməkdir. Beynəlxalq cinayət tribunalları isə fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyətini müəyyən edir və təqsikarların cə-zalandırılmasına xidmət edir.
Müəllif :
Əlövsət Allahverdiyev - Bakı Dövlət Universiteti “Hüquq” fakültəsinin müəllimi, h. f. d.dos.
Nəşr tarixi : 2023
Beynəlxalq cinayətlərlə mübarizə mə-sələsi zaman-zaman həm milli hüqu-qun, həm də beynəlxalq hüququn mü-zakirə mövzusu olmuş və bununla bağlı elmi-praktiki tendensiyalar hər zaman aktual olmuşdur. Beynəlxalq cinayətlərlə, o cümlədən Ermənistanın təcavüz cinayəti başda olmaqla, bütün transmilli cinayətləri ilə mübarizə qlobal əhəmiyyətə malik problemlərdən biridir. Ölkəmiz 30 ildən artıqdır ki, Ermənistanın hərbi təсavüzü və digər cinayət-ləri ilə beynəlxalq və milli müstəvidə mübarizə aparmış və bu gün də ermənilərin bir sıra hüquqa-zidd əməlləri ilə mübarizəni davam etdirir.
Müəllif :
Səyyad Məcidov - Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Cемья, будучи сложным социаль-ным явлением, сочетает в себе как правовые, так и неправовые черты. Статья 16 Декларации прав человека и граж-данина 1948 года гласит: «Семья является естественной и основной ячейкой общества и имеет право на защиту со стороны общества и государства». Аналогичное положение за-креплено в Конституции Азербайджанской Республики (АР). И хоть в соответствии со статьей 17 Конституции АР семья, как основ-ная ячейка общества, находится под особой опекой государства, Семейный Кодекс, осно-вываясь на положениях, закрепленных в Кон-ституции АР, в статье 6 закрепляет свободу осуществления семейных прав и их защиты, если иное не установлено настоящим Кодек-сом. При этом пункт 2 этой же статьи отмеча-ет границы свободы действий: «осуществле-ние членом семьи своих прав и исполнение им своих обязанностей не должно нарушать права, свободы и законные интересы других членов семьи и иных граждан».
Müəllif :
Фидан АЛЛАХЯРОВА - Бакинский Государственный Университет. Соискатель степени доктор философии по юриспруденции.
Nəşr tarixi : 2023
Beynəlxalq hüquq səviyyəsində insan hüquqlarına hörmətin təminatlandırılması II Dünya müharibəsindən sonrakı dövrdə meydana gəlmişdir. İnsan hüquqlarına hörməti təşviq edən məhkəmə nəzarətinin olma-ması beynəlxalq hüququn özünün səmərəliliyini şübhə altına qoymuşdu. Bu dövrə qədər mövcud olan beynəlxalq hüquq fəlsəfəsi də beynəlxalq hüququ yalnız dövlətlər üçün qəbul edirdi. Məh-kəmə praktikası da xarici yurisdiksiyada fərdin hü-quqlarının müdafiəsində səlahiyyəti həmin fərdin mənsub olduğu dövlət üçün tanıyırdı. Beynəlxalq Məhkəmənin baxışına görə insan hüquqları üzrə yeganə iddiaçı kimi dövlət çıxış edə bilərdi.
Müəllif :
Səftər Rəhimli - hüquq elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023