Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanına rahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Müəllif :
Firad Əliyev, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr.
Nəşr tarixi : 2020
Sosioloji baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyi olan ailə institutu ən ali, ülvi, saf duyğularını, nəcib niyyətlərini özündə əks etdirən, müqəddəs ittifaq və cəmiyyətin özəyidir. Bu baxımdan nikaha daxil olmaq hüququ insanın təbii hüquqlarındandır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində göstərildiyi kimi, “yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüqquna malikdir və nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər”. Lakin əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, o halda bu cür razılıq “tam və azad” ola bilməz. Eyni müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, o cümlədən digər normativ hüquqi aktlarında əks olunmuşdur. Belə ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah yalnız könüllü razılıq əsasında bağlanılır, əks təqdirdə “məcburi” davranış özlüyündə məsuliyyətə səbəb olur
Müəllif :
Araz Mahmudov, Laçın rayon prokurorluğuna ezam olunmuş Zərdab rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas
Nəşr tarixi : 2020
Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir
Müəllif :
Salman Səmədov, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri
Nəşr tarixi : 2020
övlət başçısı cənab İlham Əliyev öz çıxışlarında ic timai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini, hətta sərəncamların icrasına belə, ictimai nəzarətin olmasının önəmliyini, o cümlədən ictimai nəzarətin gücləndirilməsinin bütövlükdə effektli idarəetməyə səmərəli töhfələr verəcəyini vurğulayıb. İctimai nəzarət demokratik inkişafın təkanverici qüvvəsidir. İctimai şuraların fəaliyyəti də dövlətin ida rəçilikdə vətəndaşlar üçün nə dərəcədə açıq olmasının bariz nümunəsidir. Ölkədə yaranması nəzərdə tu tulan ictimai şuranın məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda İctimai şuralar dövlət orqanlarının fəaliyyətinə ictimai nə zarət edə bilərlər. Dünyada çox mühüm nəzarət va sitəsinin bəyan edilməsinin nümunəsi olan tənqid isə ən böyük ictimai nəzarətdir. Demokratik cəmiyyət lərdə bu amildən geniş istifadə edirlər
Müəllif :
Əli Babayev, Gədəbəy rayon prokuroru, kiçik ədliyyə müşaviri.
Nəşr tarixi : 2020
Yol-nəqliyyat hadisələri zamanı əmlakın zədələnməsi və ya məhv edilməsinə görə təqsirkar sürücünün əməlinin CM-nin 187-ci maddəsində1 nəzərdə tutulmuş cinayət tərkibini yaratması məsələsi də müzakirə olunaraq bu suala diqqət cəlb edilməli, istintaq və məhkəmə təcrübəsi yaradılmalıdır.
Müəllif :
Salman Məmmədli - Bakı şəhəri, Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri.
Nəşr tarixi : 2014
AzərbaycanRespublikası ərazisində fasiləsiz və təhlükəsiz yol hərəkətinin təmin olunması bilavasitə sürücülər və hərəkətin digər iştirakçıları tərəfindən bu sahədə mövcud olan təhlükəsizlik tələblərinə əməl etmələri səviyyəsindən asılıdır. Müşahidələr göstərir ki, nəqliyyat vasitələrinin sərxoş halda və buna hüququ olmayan şəxs tərəfindən idarə edilməsi yollarda qəza təhlükəsini yüksəldən amillərdən biridir.
Müəllif :
Fazil Həsənəliyev - Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri
Nəşr tarixi : 2014
Hüquqi konfliktin bir növü olan cinayət-prosessual konflikt nəinki qaçılmaz, hətta zəruri bir hadisədir. Bu konfliktin kökündə cinayət prosesi iştirakçılarının həyata keçirdikləri fərqli funksiyaların mahiyyəti və məzmunu durur. Onların bir qrupu qanunvericiliyin qüsurlarından doğursa, digərləri qanunverici tərəfin - dən bilərəkdən edilir, proqramlaşdırılır.
Müəllif :
Nazir Bayramov - Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri.
Nəşr tarixi : 2014