44 günlük Vətən müharibəsi informasiya təhlükəsizliyi probleminə yeni yanaşmanı tələb etdi. Çünki bu müharibə 21-ci əsrin yeni texnologiyalarına əsaslanan hərbi əməliyyat nümunəsi idi. Burada ənənəvi hərbi texnika və silahlarla yanaşı, PUA texnologiyasından da geniş istifadə olundu. Bu texnologiya hərbi zərbə vasitəsilə bərabər, özündə informativ funksiyanı da yerinə yetirir.
Müəllif :
Elşad Həsənli AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi
Nəşr tarixi : 2023
İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikası (AR) ilə tarixi, mədəni, dini, milli və digər sahələrdə yaxınlığına baxmayaraq, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra İİR dini hakimiyyətinin Azərbaycana qarşı əks mövqedə siyasət yürütməsi təəccüb doğurur
Müəllif :
Musayev Hafiz Məhərrəm oğlu - Hüquq Üzrə Fəlsəfə Doktoru
Nəşr tarixi : 2024
Beynəlxalq praktikada Mediasiya prosesinin mərhələləri. Bu qanun Azərbaycan üçün yeni olduğundan onun tətbiq edilməsi zamanı müsbət beynəlxalq praktikanın bizim ölkədə tətbiq edilməsi əhəmiyyət daşıyır. Digər dövlətlərin və cəmiyyətlərin yol verdikləri səhvləri təkrar etməmək, ən yaxşı nümunələri və üsulları tətbiq etmək üçün qabaqcıl ölkələrin təcrübəsindən və aparıcı mütəxəssislərin fikirlərindən faydalanmaq məqsədə uyğun hesab edilir.
Müəllif :
Vüsalə Muradova - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2021
Ali Məhkəmə 01.07.2020‑ci il tarixində hüquq ictimaiyyətinə müraciət edərək, Mülki Məcəllənin 1200‑cü maddəsinin tətbiqizamanı məhkəmə təcrübəsinin vahidləşdirilməsi üçün ictimai müzakirə başlatmışdır. Müzakirəüçün təqdim olunmuş sualla bağlı aşağıdakıları qeyd etmək istəyirik:
1. Mirasda məcburi payın tamamlanması anlayışı və onun məqsədi;
2. Mirasda məcburi payın tamamlanması tələbinin əsas şərtləri;
3. Miras əmlaka məcburi pay və məcburi payın tamamlanması tələbinin fərqi;
4. Yekun.
Müəllif :
Həmid Əhmədov - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2021
Cinayət əməllərinin hamısının bir maddəyə daxil edilməsinin obyektiv olaraq mümkün olmadığını nəzərə alaraq cinayət qanunvericiliyi onları maddələrə bölür. Məsələn, qanuni sahibkarlıq fəaliyyətinə mane olma, qanunsuz sahibkarlıq və yalançı sahibkarlıq cinayətləri də bir növ sistem təşkil edir. Biz bu məqalədə qiymətli kağızlar bazarında törədilən cinayətlərin sistemini müəyyənləşdirməyə çalışacağıq.
Müəllif :
Aqşin Əlizadə
Nəşr tarixi : 2023
Elmi-texniki sahənin sürətli inkişafı elmi-texniki tərəqqidə və tədqiqatın perspektivli sahələrində getdikcə daha çox yeni müəllif işlərinin tətbiqini tələb etdiyi üçün, bir insanın və bu gün yaradılan əqli mülkiyyət korporasiyalarının əqli fəaliyyəti getdikcə daha çox əhəmiyyət kəsb edir.
Müəllif :
Ayişə Əliyeva
Nəşr tarixi : 2023
Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra ümummilli liderimiz cənab Heydər Əliyevin rəhbərliyi altında sivil, demokratik dəyərlərə uyğun hüquqi dövlətin möhkəm, sarsılmaz təməlinin qoyulmasına yönəlmiş sistemli, geniş islahatlara başlanılmışdır. Bu islahatlar cəmiyyətin həyatının bütün istiqamətlərini əhatə etmiş və nəticədə dövlətimizin müstəqilliyi bütövlükdə bərqərar və dönməz olmuşdur.
Müəllif :
Rəşid Yusifov
Nəşr tarixi : 2023
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə insan hüquqlarını ən üst səviyyədə müdafiə etməyə yönəlmiş və özündə bu hüquqları təsbit edən islahatlara başlanıldı. Bu islahatların əsası ana qanunumuz olan Konstitusiyamızın 1995-ci ilin 12 noyabr tarixində qəbul edilməsi oldu. Bununla yanaşı ölkəmiz, həmçinin insan hüquqlarının beynəlxalq səviyyədə təsbit edən bir çox beynəlxalq təşkilatlara qoşularaq, qəbul edilmiş sənədləri ratifikasiya etdi.
Müəllif :
Fuad Nəzərov
Nəşr tarixi : 2023
Bu məqalədə erməni təcavüzü nəticəsində didərgin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş mülkiyyət hüquqlarının bərpası perspektivləri təhlil edilmişdir. Məqalədə Ermənistanın beynəlxalq hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə Azərbaycanın təzminat almaq, didərgin düşmüş vətəndaşlarımızın isə təhlükəsiz və ləyaqətli şəraitdə öz torpaq və mülklərinə qayıtmaq, habelə qeyri-qanuni yolla məhrum edildikləri yaşayış yeri, torpaq və əmlaklarının restitusiyasına nail olmaq hüququ əsaslandırılır və bunun üçün müvafiq beynəlxalq-hüquqi mexanizmlərin mövcud olduğu göstərilir.
Müəllif :
Məhəmməd Quluzadə, Zamiq Aslanov
Nəşr tarixi : 2022