Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Təsadüfi deyil ki, ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılmışdır.
Müəllif :
Aqil Nuriyev
Nəşr tarixi : 2018
Важнейшим признаком глобального развития выступает информационное общество, фундамент которого составляют новейшие технологии и средства коммуникации (ИКТ). Являясь «специфической формой социальной организации, в которой новые технологии генерирования, обработки и передачи информации стали фундаментальными источниками производительности и власти» (4.с.29), информационное общество подвержено особо сложным угрозам, так как широкий спектр возможностей воздействия ИКТ весьма разнообразен и характеризуется высокой степенью опасности для всех сфер жизнедеятельности социума и функционирования государства.
Müəllif :
Афат Фарзуллаева
Nəşr tarixi : 2018
Azərbaycan özünün müstəqillik dövründə, xüsusilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Respublikamıza rəhbərliyindən sonra bütün sahələrdə öz nümunəsini, dövlət idarəçiliyində demokratik prinsiplərə
önəm verilməsini, beynəlxalq birliyə inteqrasiyasını ortaya qoyaraq, dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açıldı. Həmin vaxtdan başlayaraq nüfuzlu beynəlxalq təşkilatların,
inkişaf etmiş dünya dövlətlərinin, araşdırma mərkəzlərinin, tanınmış ekspertlərin, ictimai-siyasi xadimlərin və aparıcı kütləvi informasiya vasitələrinin diqqətini ölkəmizə çəkən də məhz bu amillərdir [1].
Müəllif :
Ayxan Rüstəmzadə, Günay Qasımova, Könül Məmmədova
Nəşr tarixi : 2018
Konstitusiya (lat. constitutio-quruluş, tәsisat) – dövlətin yüksək hüquqi qüvvəyə malik olan əsas qanunu deməkdir [8, s.621]. Hüquq ədəbiyyatında konstitusiyaya verilən anlayışdan məlum olur ki, “Konstitusiya” latın sözü olub hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” kimi başa düşülür.
Müəllif :
Rasim Ağasıyev
Nəşr tarixi : 2018
Məqalədə prosessual qənaətin təmin edilməsi üçün konstitusion-hüquqi mexanizmlərin və məhkəmə qərarlarının məcburi xarakterinin ədalət mühakiməsinin (məhkəmə icraatının) prinsipləri kimi məsələlər araşdırılır.
Belə bir nəticəyə gəlinir ki, ədalət mühakiməsinin müasir inkişaf mərhələsində məhkəmə icraatında prosessual qənaətin anlayışı, faktiki məhkəmə prosesində məhkəmə işinə düzgün və effektiv baxılması üçün tamhüquqlu prinsipə (əsas), hüquqi və fiziki şəxslər məhkəməyə müraciət edərkən məhkəmə prosesinin təkmilləşdirilməsinin vacib bir zəmanəti və səmərəli vasitəsinə çevrilmişdir.
Məhkəmə qərarlarının məcburiliyi məhkəmə icraatının əsası kimi prosessual qanunvericilikdə müəyyən edilmiş və qərarın qanuni qüvvəyə minməsi ilə bağlıdır. Qərarın məcburi xarakterinə əsasən, qanun məhkəmə baxışının yekununda qəbul edilmiş qərarların icrası üçün prosedurları nəzərdə tutur.
Müəllif :
Нигяр Гусейнова
Nəşr tarixi : 2022
Статья посвящена исследованию темы реализации гласности правосудия (судопроизводства) как одного из фундаментальных конституционных принципов, которыми руководствуются суды в своей деятельности. Принцип гласности осуществления правосудия (судопроизводства) является производным от принципа независимости суда и равенства сторон в судопроизводстве и обеспечивает «прозрачность» судопроизводства. В качестве синонимов принципа, гласности осуществления правосудия (судопроизводства) приводят «открытость» и «транспарентность». На основании анализа содержания норм конституционного права, стран Европы и Азии, норм международного права, теоретических положений правовой науки сделан вывод о реализации в полной мере доступа субъектов к судебным процессам в аспекте гласности судопроизводства.
Müəllif :
Нигяр Гусейнова
Nəşr tarixi : 2022
Cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin tərkibinin bütün əlamətlərini əks etdirən əməlin törədilməsidir. Cinayət məsuliyyəti yalnız cinayət-hüquqi münasibətlər çərçivəsində mövcud olur və həyata keçirilir.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 125-ci maddəsi təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmağa görə məsuliyyət nəzərdə tutur. Məqalədə özünü öldürmə həddinə çatdırma cinayətinin anlayışı, ictimai təhlükəliliyi və bu cinayətə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi araşdırılmışdır. Eyni zamanda özünü öldürmə həddinə çatdırmaya görə məsuliyyət nəzərdə tutan cinayət tərkibinin hüquqi təhlili – yəni özünü öldürmə həddinə çatdırma cinayət tərkibinin obyektiv əlamətləri, subyektiv əlamətləri, tövsifi və cəza təyini məsələləri tədqiq edilmişdir.
Müəllif :
Günay Əliyeva
Nəşr tarixi : 2021
Qan və onun komponentləri qədim dövrlərdən məlum olan vacib müalicəvi vasitələrdən biridir. Müasir zamanda da tibbin bir çox sahələrində qan və onun komponentləri əvəzolunmaz müalicə vasitəsi kimi geniş istifadə olunur.
Məlumdur ki, Azərbaycanda qan donorluğu “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanunla nizamlanır. Bu qanun Azərbaycan Respublikası Prezidentinin 3 may 2005-ci il tarixdə № 904-IIQ nömrəli Fərmanı ilə imzalanmışdır. Bu Qanun qanın, qan komponentlərinin donorluğunun inkişafı ilə əlaqədar münasibətləri tənzimləyir, qan xidmətinin təşkilinin əsaslarını müəyyən edir.
Müəllif :
Günay Əliyeva
Nəşr tarixi : 2022
XX əsrin II yarısından XXI əsrin başlanğıcına qədərki dövrü Azərbaycan tarixinin Heydər Əliyev əsri adlandırmaq olar. Məhz böyük mütəfəkkir və siyasətçi, bacarıqlı dövlət xadimi və diplomat, vətənpərvər və müdrik insan olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı tərəqqi tapmış, dövlət müstəqilliyinə nail olmuşdur. Müstəqil Azərbaycan dövlətçiliyi haqqındakı ideya və müddəalar Heydər Əliyevin zəngin siyasi-hüquqi fikrinin zirvəsini təşkil etmişdir.
Müəllif :
Günay Əliyeva
Nəşr tarixi :
“Apellyasiya” sözü latın dilində “appellatio – müraciət” mənasını ifadə edir. Hüquq ədəbiyyatında göstərilir ki, apellyasiya qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiyaya məhkəməsində yoxlanılması prosedurudur.
Müəllif :
Günay Əliyeva
Nəşr tarixi :