Cəzanın məqsədlərinə çatmaq üçün bir sıra proseslərin qaydasına salınması, cəzanın çəkildiyi müddətdə şəxslərə qarşı xüsusi yanaşma və tərbiyə işləri ilə bərabər hansısa bacarıqların və peşənin aşılanması, həmçinin cəzacəkmə müəssisəsindən azad olunduqdan sonra keçmiş məhkumlarla işin formal deyil, real aparılması və onlara həyata tutunmaları üçün dövlətin maddi dəstəyinin olması yenidən onların cinayət törətməsinin qarşısını almağa kömək edəcəkdir. Həmçinin cinayət törədən şəxslərə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilərkən onların cəzalarını çəkəcəyi cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi prosesində cinayətin kateqoriyası və ağırlıq dərəcəsi ilə bərabər, həmin cinayəti törədən şəxsin şəxsiyyəti və digər şəxslər tərəfindən necə xarakterizə olunduğu, onun həyata baxışı, törətdiyi cinayətin motivi nəzərə alınaraq müəyyən edilərsə məhkumların məhkumluq həyatında kriminallaşmasının qarşısını ala bilər. İctimai siyasi tərəqqi, düşüncə tərzinin formalaşması, təhsil, təbliğat, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, insanların rifah səviyyəsinin artırılması digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında profilaktika kimi əvəzedilməzdir. Bundan əlavə cinayətə görə məhkum edilmiş şəxslərin, daha sonra yaşadıqları peşmanlıq hissinin və onların cinayət törətməsinin ailələrində, cinayətdən ziyan görmüş şəxslərin yaxınlarına, ətrafındakı insanlara mənfi təsirini əks etdirən genişçaplı filmlərin və proqramların hazırlanması, sosial medianın gücündən bu istiqamətdə istifadə olunması da, insanların cinayət törətməyə görə yaranan mənfi fəsadları təsəvvür etməsinə kömək edə və cinayətdən çəkindirə bilər.
Müəllif :
Elnur Nəcəfov Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024
Məqalədə Azərbaycanın hərbi uğurlarının əldə edilməsində müasir hərbi texnoloji nailiyyətlərin tətbiqinin rolu araşdırılır. Burada son dövrdə ölkəmizdə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrində baş verən texnoloji inkişaf, xüsusilə rabitə və informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlər, Azərbaycanın üç peykinin orbitə çıxarılması, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə yüksək standartlara cavab verən məhsulların istehsalı, ordumuzun silah-sursatla təmin edilməsində yerli istehsalın rolunun artması, həmçinin Azərbaycanın Vətən müharibəsində zəfərinin əldə edilməsinə beynəlxalq əməkdaşlığın və yeni texnologiyaların rolu araşdırılır. Məqalədə konkret-tarixi, müqayisəli təhlil, elmi ümumiləşdirmə kimi tədqiqat metodlarından istifadə edilmişdir
Müəllif :
h.ü.f.d. Hafiz Musayev
Nəşr tarixi : 2024
Məqalədə göstərilir ki, rüşvətxorluğa qarşı mübarizə Azərbaycanın daxili və xarici dövlət siyasətinin mühüm ünsürüdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində rüşvətxorluq əməli əsas etibarı ilə iki cinayət tərkibi ilə əhatə olunmuşdur: maddə 311- rüşvət alma (passiv rüşvətxorluq) və maddə 312 – rüşvət vermə (aktiv rüşvətxorluq). Həmin maddələr Cinayət Məcəllənin 33-cü fəslində öz əksini tapmışdır.
Müəllif :
Zaur Allahverdizadə Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının doktorantı
Nəşr tarixi : 2024
Məqalə əqli mülkiyyət hüququnun əsaslarını, əqli mülkiyyət hüquqları əleyhinə cinayətlərin anlayışını konstitusion və cinayət hüquqi aspektdən tədqiq edir. Araşdırma zamanı əqli mülkiyyətin nəzəriyyədəki təsnifatına uyğun olaraq cinayət qanunvericiliyində təsbit olunmuş cinayət tərkibləri, habelə əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması ilə bağlı yaranan münasibətlər nəzəri olaraq şərh edilmişdir. Həmçinin mövzuda müstəqillik dövründən əvvəl qüvvədə olan cinayət qanunvericiliyində əqli mülkiyyət hüquqlarının təsbitinin səciyyəvi xüsusiyyətləri müasir qanunvericilik aktlarında həmin hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı normalarla qarşılıqlı təhlil edilmişdir
Müəllif :
Ayişə Əliyeva Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının II kurs magistrı, polis leytenantı
Nəşr tarixi : 2024
Məqalədə təcavüz cinayəti və mədəni irsin qorunması problemi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və mühüm beynəlxalq sənədlərlə geniş təhlil edilir. Qeyd edilir ki, beynəlxalq cinayətlərin bir növü olan təcavüz cinayəti həm də mədəni irsin məhv edilməsinə qarşı yönəlir. Məqalədə belə bir fikir əsaslandırılır ki, təcavüz cinayəti və mədəni irsin mühafizəsi insan hüquqları ilə sıx bağlıdır ki, bu da bütövlükdə mədəni hüquqların təmin edilməsi ilə əlaqələndirilməlidir. Ona görə də mədəni irsin mühafizəsi problemləri insan hüquqları ilə sıx qarşılıqlı əlaqədə təhlil edilməlidir. Sonda, təcavüz cinayəti və mədəni irsin və insan hüquqlarının qorunması probleminə dair bir sıra nəzəri və praktiki təkliflər irəli sürülür. Belə ki, qeyd edilir ki, dövlətlərin təcavüz cinayəti ilə əlaqədar məsuliyyətinin artırılması məqsədilə qəbul edilmiş beynəlxalq sənədlərin icra mexanizmləri dəqiq formalaşdırılmalı və müvafiq məsuliyyət tədbirləri gücləndirilməlidir.
Müəllif :
Leyla Həşimova Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2024
Odlu silahdan, soyuq silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə quldurluq və ya qətl törədən cinayətkarlara məhkəmələr tərəfindən ittiham irəli sürülərkən və hökm oxunarkən problemlər yaranır, çünki bu cinayətlərə dair hüquqi normalar bu əməlləri əhatə etmir. Hüquq normaları soyuq silaha sahib olmaq və gəzdirmək üçün məsuliyyət müəyyən edir, lakin ondan istifadə aktını əhatə etmir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bu cinayətlərlə bağlı maddələri təkmilləşdirilməli, soyuq silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etmə hərəkətlərini əhatə etməli, quldurluq və qəsdən adam öldürmə cinayətlərinin tövsif edilməsi zamanı yaranan fəsadları aradan qaldırmalıdır.
Müəllif :
Rəşid Yusifov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024
The exploration of crime scene investigations in Islamic jurisprudence has revealed a rich history that resonates with modern practices. From the early Islamic era to contemporary times, the significance of thorough investigations, evidence preservation, and specialized knowledge has been evident. The reliance on specialized teams and expert opinions has been a hallmark of Islamic legal proceedings, emphasizing the importance of relying on scientific advancements and skilled professionals for a comprehensive understanding of legal disputes. Moreover, the integration of legal regulations into crime scene investigations, focusing on both technical methodologies and human rights considerations, underscores the need for a balanced approach that safeguards public security while upholding individual rights and privacy. The inclusion of female experts within investigation teams and the implementation of gender-specific protocols for preserving the sanctity of the deceased reflect the ongoing evolution of investigative practices in accordance with Islamic principles and contemporary legal frameworks.
Müəllif :
İsmayil Amirli - The lecturer of the Criminalistics department at the Police Academy within the Ministry of Internal Affairs, police captain
Nəşr tarixi : 2024
“Axtarış və götürmə” istintaq hərəkəti cinayətlərin araşdırılması və açılması istiqamətində mühüm məsələlərdən biri olan sübut probleminin həlli yolu kimi çıxış edir. Bir çox hallarda məhz bu istintaq hərəkəti vasitəsilə sübutlar aşkar edilir və götürülür. Məhz buna görə də qeyd olunan istintaq hərəkətlərinin aparılması zamanı yaranacaq hüquqi və praktiki problemlər cinayət təqibinin yanlış aparılmasına və iş üzrə sübutların itirilməsinə səbəb ola bilər. Bunun üçün bu istintaq hərəkətinin aparılması ilə bağlı mövcud normativ qanunvericiliyə əməl edilməli və müasir dövrdə həmin normaların təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır.
Müəllif :
Fəxrəddin Cəfərov - Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Kriminalistika” kafedrasının müəllimi, polis leytenantı
Nəşr tarixi : 2024
Bu məqalə rəqəmsal kriminalistikanın inkişafının mahiyyətini və perspektivlərini açır. Rəqəmsal kriminalistikanın məzmununa, cinayətlərin rəqəmsal izlərinin və müqayisəli tədqiqat üçün nümunələrinin toplanmasına, rəqəmsal ekspertizaların təyin edilməsinə, o cümlədən kompüterlər, mobil cihazlar və elektron media olan dəlillərin yoxlanılması və götürülməsi üçün müstəntiqlərin iştirakı ilə istintaq hərəkətlərinin aparılması taktikasına xüsusi diqqət yetirilir.
Müəllif :
Rasim İsaqov - Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Kriminalistika” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı
Nəşr tarixi : 2024
Elmi məqalədə kriminalistik fərziyyələrin mahiyyəti, fərziyyələrin qurulması üçün tələblər, tədqiqat mərhələlərində fərziyyələr irəli sürərkən məlumat mənbələri, o cümlədən məntiqi metodlar əsasında fərziyyələrin qurulması və sınaqdan keçirilməsi prosesi araşdırılır. Elmi məqalədə ibtidai istintaqın müəyyən mərhələlərində istintaqın təşkili və planlaşdırılmasında müstəntiqin fəaliyyətinə də diqqət yetirilir. Elmi məqalənin hüquqi məzmununda müəyyən nəticələr çıxarılır, tədqiqatın mövzusu ilə bağlı nəticələr ümumiləşdirilir.
Müəllif :
Ələkbər Allahverdiyev Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Kriminalistika” kafedrasının baş müəllimi, pоlis pоlkovniki
Nəşr tarixi : 2024