Статья посвящена рассмотрению некоторых вопросов, касающихся некоторых современных международных транспортных маршрутов (путей)), а также проблем их международно-правового регулирования. При этом делается попытка анализа статуса и порядка функционирования отдельных транспортных маршрутов (путей), проходящих по территории ряда постсоветских государств.
Müəllif :
О.Ф. Эфендиев - профессор, доктор юридических наук.
Nəşr tarixi : 2019
Portuqaliya Respublikasının Azor adaları Muxtar Regionu ölkənin qərb sahillərindən 1360 km qərbdə Atlantik okeanında yerləşən 9 məskunlaşmış və bir neçə kiçik vulkanik adadan ibarətdir. Arxipelaqın ümumi səth sahəsi 2322 km2, əhalisi isə 247 min nəfərdir (ölkə əhalisinin 2,3%-i). Muxtariyyətin inzibati mərkəzi Ponta-Delqada şəhəridir. Adalar şimal-qərbdən cənub-şərqə doğru 644 km məsafədə uzanıb, Avropa ilə bir tərəfdən Afrika, digər tərəfdən Amerika arasında mühüm dəniz və hava tranzit məkanıdır.
Müəllif :
Elman Cəfərli - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2018
Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyət dövründə Azərbaycan ictimai-hüquqi fikrinin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli dövlət xadimi və mütəfəkkir olmuşdur. Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd edildiyi kimi, M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.
Müəllif :
Qəhrəman Behbudov - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2018
Выход в свет нового учебника «Международное публичное право», авторство которого принадлежит одному из наиболее известных специалистов данной правовой отрасли, заслуженному деятелю науки Российской Федерации, заслуженному юристу Российской Федерации, проф. Камилю Абдуловичу Бекяшеву, является заметным событием для научной и образовательной среды.
Müəllif :
Сафаров Н .- доктор юридических наук
Гусейнов Т. - доктор юридических наук
Алиев Э. - доктор юридических наук.
Nəşr tarixi : 2019
The Article analyses election rights as a part of civil and political rights and reveals the interrelation of this set of rights. Issues related to the international sources of civil and political rights are addressed as well. Furthermore, legislation of the Republic of Azerbaijan in the field of political rights is within the coverage of this Article. International standards of electoral process and implementation of these standards into legislation of the Republic of Azerbaijan are also the constituent element of the research.
Müəllif :
Nihal Nuri
Nəşr tarixi : 2019
В статье рассмотрены правовые аспекты двусторонних инвестиционных соглашений, заключаемых между государствами с целью поощрения и взаимной защиты капиталовложений. Исследован характер диагональных отношений, вытекающих из таких договоров, проанализированы основные правовые теории, касающиеся юридической природы подобных отношений. Автором рассмотрены особенности двусторонних инвестиционных договоров (ДИД) в качестве международных договоров, а также структура этих соглашений. В статье приведены общие подходы к формированию основных положений ДИД, а также изучены различные правовые модели толкования ключевых понятий, таких как «инвестиции» и «инвестор», и гарантии защиты инвестиций, предоставляемые этими договорами. Изучена практика Азербайджанской Республики на примере Соглашения между Правительством Российской Федерации и Правительством Азербайджанской Республики о поощрении и взаимной защите инвестиций, подписанного 29 сентября 2014 года.
Müəllif :
М.А. Чыраглы - докторант кафедры Международного права Юридического факультета Бакинского Государственного Университета
Nəşr tarixi : 2019
Məqalədə Ümumdünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq mübahisələrin həllinin hüquqi mexanizmi tədqiq olunur. Müəllif belə bir nəticəyə gəlir ki, ÜTT çərçivəsində beynəlxalq ticarət mübahisələrin həllinin hüquqi mexanizminin əsas mərhələlərinin elmi cəhətdən tədqiq edilməsi bu təşkilatda mübahisələrin həlli prosedurlarına dair bütöv bir təssurat yaranmasına və zəruri nəzəri bilgilərin alınmasına imkan verir. Müəllifin fikrincə, Azərbaycan Respublikasına beynəlxalq ticarət və xidmətlərin göstərilməsi sahəsində yarana bilən mübahisələrin uğurla həll edilməsi üçün ÜTT müraciət etmə imkanına baxılmasında təsərrüfat subyektlərinin müvafiq səlahiyyətli dövlət orqanları ilə qarşılıqlı fəaliyyətinin hüquqi konsepsiyasının tərtib edilməsi məqsədilə tədbirlərin görülməsi məqsədəmüvafiqdir.
Müəllif :
Mədətli Fərid İlham oğlu - Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı.
Nəşr tarixi : 2019
Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyində cinayət törədilməsi ilə bağlı hüquqi nəticələr cinayətin kateqoriyasına bağlı olduğundan, cinayət qanununa əlavə və dəyişikliklər edilməsi nəticəsində cinayətlərin kateqoriyasını aşağı salan cinayət qanunlarının geriyə tətbiq zərurəti yaranır. Belə qanunlar cinayət törətmiş şəxsin müəyyən əsaslarla cinayət məsuliyyətindən azad edilməsi, cəza çəkməkdə olan şəxslərin isə cəzasının azaldılması, cəzaçəkmə müəssisəsinin dəyişdirilməsi, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və ya vəziyyəti başqa cür yaxşılaşdıran imkanlar yaradır. Təqdim olunan məqalə belə qanunların geriyə qüvvəsinin mümkün hallarını təhlil edib sistemləşdirmək və onların tətbiqi ilə bağlı səmərəliləşdirici təkliflər irəli sürmək məqsədi daşıyır.
Müəllif :
İsbəndiyarov Qələndər Köçəri oğlu - Azərbaycan Milli Elmlər Akademıyası Hüquq və İnsan Haqları İnstitutu “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin elmi işçisi
Nəşr tarixi : 2019
Müasir dövrdə silahlı münaqişələr zamanı fundamental məsələlərdən biri kimi mülki əhalinin, xüsusən də uşaqların müdafiəsinin təmin edilməsi çıxış edir. Sözügedən münaqişələr zamanı mülki əhalinin bir kateqoriyası kimi uşaqların müdafiəsi beynəlxalq humanitar hüquq normaları vasitəsilə realizə olunur. Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, beynəlxalq silahlı münaqişə beynəlxalq hüquq subyektliyinə malik olan iki və daha çox dövlət və ya digər silahlı qüvvələr arasında yaranan və mövcud olan silahlı qarşıdurmanı ifadə edir.
Müəllif :
Mehralızadə Fəridə - Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq Hüquq” şöbəsinin elmi işçisi.
Nəşr tarixi : 2019