Evtanaziya mahiyyət etibarı ilə tarixən əsrlər boyu mövcud olsa da, terminoloji ifadə kimi ilk dəfə olaraq XVII yüzillikdə ingilis alimi və filosofu Frensis Bekon tərəfindən gündəmə gətirilib və yunan dilindən tərcümədə (εὖ – yaxşı, θάνᾰτος – ölüm) “yüngül ölüm” mənasını verir. Frensis Bekon qeyd edirdi ki, “həkimin vəzifəsi nəinki xəstəni sağaltmaq, həmçinin xəstəliyin yaratdığı əzab və iztirabları yüngülləşdirməkdən ibarətdir...”. Professor O.S. Kapinusun mülahizələrinə görə “evtanaziyanın sosial-hüquqi hadisə kimi yaranması və inkişafı tarixi özündə əsas üç mərhələni ehtiva edir”. Birinci mərhələ evtanaziyanı Qədim dünyada mövcud olmuş siyasi-hüquqi təlim əsasında mərhəmət və müəyyən şəraitdə qaçılmazlıq kimi nəzərdən keçirir. İkinci mərhələ Orta əsrlərdə mövcud olmuş dini təlimlər əsasında evtanaziya ideyalarına birmənalı olaraq mənfi münasibət ilə şərtlənir. Üçüncü mərhələ Yeni tarixin başlanğıcı ilə başlamış və bugünədək davam etməkdədir. Bu mərhələ evtanaziyaya münasibətdə fikir pluralizminin mövcudluğu, onun lehinə və əleyhinə olan arqumentlərlə bağlıdır. Müasir dövrdə bir neçə dövlətin evtanaziyanı leqallaşdırması faktı bu mövzu ilə bağlı tibb, bioetika, psixologiya, dinşünaslıq və cəmiyyətin digər müxtəlif sahələrində müəyyən diskussiyaların aktuallaşmasına səbəb olmaqla yanaşı, həmçinin hüquqşünasların da bu məsələyə dair akademik səviyyədə yanaşmalarını zəruri edir.
Müəllif :
Samadagha Samadzada The Academy of Public Administration, Master Student
Nəşr tarixi : 2019
Hazırda evtanaziya sağalmayan xəstəlikdən əziyyət çəkən xəstələrin öz arzuları ilə ölümlərini həyata keçirilməsi kimi əsaslandırılsa da, bu anlayış XX əsrin ikinci yarısında nadir əxlaqi və qanuni fenomen kimi ortaya çıxıb. Evtanaziyanın yaranma tarixini və mahiyyətini araşdırdıqda isə, onun ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də ifrat formada mənəviyyatsızlıq və vəhşiliklə bağlı olduğunu asanlıqla görmək mümkündür Üstəlik, evtanaziya Azərbaycan Respublikasının milli-mənəvi dəyərləri ilə yanaşı, mövcud qanunvericiliyi – cinayət, tibbi, etik və dini norma və təlimləri ilə də ziddiyyət təşkil edir və bir sıra ağır cinayətlərlə sıx bağlı hal kimi qəbul edilir. Buna baxmayaraq, müasir dövrdə qərb dövlətlərində əsas götürülən “bütün insanların öz həyatlarını sərbəst həll etmək hüququ var və hər bir şəxs öz seçimində sərbəstdir” prinsipinə söykənən bəzi şəxslər insanın öz ölümünə razılıq verməsinin gərəkliyini də onun əsas hüquqları sırasına daxil etməklə, evtanaziyanın Azərbaycanda da tətbiqinin tərəfdarı kimi çıxış edirlər və bu zaman digər ölkələrin təcrübəsini misal gətirilər. Doğrudur, qədim dövrlərdə də evtanaziya mövcud olub, lakin Qədim Yunan və Roma dövlətlərində “özünü öldürmə” həmişə pislənilib.
Müəllif :
Firavan Alizada Baku State University, 2nd year student in Law Faculty
Nəşr tarixi : 2019
İstər müasir dövr, istərsə də, əvvəlki dövrlərin ən böyük hüquqi problemlərindən biri də hüquqi təfsir problemidir. Hüquqi təfsir dedikdə, təkcə müəyyən bir normanın izah edilməsinə yönələn idraki proses deyil, həmçinin o idraki prosesin məntiqi yekunu başa düşülür. Hüquqi təfsir məsələsinin aktuallığı bir neçə obyektiv səbəblə bağlıdır: Belə ki, bir söz, ifadə, yaxud cümlə ayrı-ayrı hüquqşünaslar tərəfindən müxtəlif cür interpretasiya olunduğu üçün müxtəlif ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsinin məntiqi nəticəsi olaraq söz və ifadələrin mənasının “ikiləşməsi” və s. amillər hüquqi təfsiri müasir hüquq elminin əsas problemlərindən biri kimi səciyyələndirir. Təfsir termini semantik baxımdan çoxşaxəlidir. Təfsir dedikdə, təbii və ictimai hadisələrin izah edilməsinə yönəlmiş idraki proses başa düşülür. Hüquqi təfsir ümumi təfsirin bir növüdür. O halda ümumi olaraq təfsirin nə olduğunu təsbit etməklə işə başlamağın əhəmiyyəti vardır.1 Geniş mənada hüquqi təfsir “anlama” mənasına gəlir. Bu mənada hüquqi təfsir normada istifadə edilən bir ifadənin başa düşülməsidir. Dar mənada hüquqi təfsir dedikdə isə müəyyən bir normada istifadə olunan və mənası üzərində şübhə yaranan bir ifadənin anlamının müəyyən edilməsidir.2 Hüquqi təfsir hermenevtik bir zaman ölçümüdür. Belə olduqda, bəzən hüquq hermenevtikliyindən (legal hermentics) söz açılır. Hüquq hermenevtikliyi hermenevtikliyin ümumi nəzəriyyəsinin hüquqi mətnlərin təfsirinə tətbiqindən ibrarətdir. Təfsirin məqsədi normanın mənasını yalnız izah etmək deyil, onun mənasını daha asan mühakimələrin dilinə tərcümə etmək, hüquq normasının məzmununu təfsir edilən hüquq normasının tətbiqinin asanlaşdırılması üçün təfsilatı ilə göstərməkdən ibarətdir. Qanunçuluğun vahidliyinin təmin edilməsində, bütün ölkə ərazisində hüququn düzgün şəkildə unifikasiya və tətbiq edilməsində hüquqi təfsirin rolu böyükdür. Ən uğurlu hüquqi təfsir qanunvericinin iradəsini dolğun izah edən təfsirdir. Başqa sözlə desək, qanunvericinin iradəsi hüquqi təfsirin təməl daşıdır. Lakin normanı tətbiq edən orqan qanunvericidən istifadə etdiyi sözün hansı mənaya gəldiyini soruşmaq imkanına malik deyildir.[3]
Müəllif :
Hicrat Huseynzada & Vugar Sadigli Bachelor degree student of Law faculty of Baku State University
Nəşr tarixi : 2019
Bu məqalədə Azərbaycan Respublikasında hərəkət azadlığı hüququnun keçmiş sovet ölkələri olan Rusiya Federasiyası və Ukrayna Respublikası qanunvericiliyində və müxtəlif ölkələrin qanunvericilik normalarında təsbit olunmuş hərəkət azadlığı hüququ ilə müqayisəli təhlil aparılır
Müəllif :
Elnur Humbatov Lawyer
Nəşr tarixi : 2019
Bu məqalədə ölkəmizdə formalaşmağa başlayan Mediasiya (vasitəçilik) üsulu ilə mübahisələrin həllindən bəhs olunur. Məqalədə mediasiya haqqında ilkin anlayışlar, mediatorun fəaliyyətinin təşkili məsələsi, mediasiyanın mənfi və müsbət tərəfləri, tətbiq oluna biləcəyi hüquq sahələri və mediasiya etikasının prinsipləri haqqında məlumat verilir.
Müəllif :
Chinara Gasimova Lawyer
Nəşr tarixi : 2019
Azərbaycan Respublikası ərazisində işlənən xətalar və cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Cinayət nədir? Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. AR CM-nin 15.1- ci maddəsinə əsasən cinayətlər öz ictimai təhlükəlilik dərəcəsinə görə 4 qrupa bölünür: böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayət. Hər ölkə üçün xarakterik olan cinayət, cinayəti törətmə üsulu və cinayəti cəzalandırma qaydası var. Baxmayaraq ki, AR CM-də 100-lərlə cinayətdən bəhs olunur,amma mən bugün 60 faizdən çox cinayət işlərinin başlandığı 10 ən məşhur maddədən birini yazacağam. Bu maddə Cinayət Məcəlləsinin 120-ci maddəsini əhatə edir.
Müəllif :
Aykhan Yaverli Bachelor degree student of Economy and Law faculty of National Aviation of Academy
Nəşr tarixi : 2019
The burden of proof is a central feature of all systems of adjudication, yet one that has been subject to little normative analysis in this area. This article examines how strong evidence should have to be in order to assign liability when the objective is to maximize social welfare. In basic settings, there is a tradeoff between deterrence benefits and chilling costs, and the optimal proof requirement is determined by factors that are almost entirely distinct from those underlying the preponderance of the evidence rule and other traditional standards. As a consequence, these familiar burden of proof rules have some surprising properties, as do alternative criteria that have been advanced.
Müəllif :
Shamsiyya Adilova Baku State University, II year LLM degree student in Maritime and Energy law
Nəşr tarixi : 2019
This article deals with the criminal liability for environmental offences in the European Union. Also this article looks trough notion of the criminal offences against environment, importance of Directive 2008/99/ EC on the protection of the environment through criminal law and today’s circumstance of protection of European environment through criminal law.
Müəllif :
Rashida Karimli Baku State University, LLM in European Law
Nəşr tarixi : 2019
The Article speaks of ensuring of free movement right of union citizenship as one of the primary goals of the creation of European Union, succession relations in cross-border issues within free movement and in this case, solution of jurisdiction and applicable law issues
Müəllif :
Gurban Bayramli Baku State University, LLM student in European Union law
Nəşr tarixi : 2019