Dərs vəsaitində Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq Beynəlxalq hüquq fənninə daxil olan və tədris olunan insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Eyni zamanda, beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə implementasiyasının ümumi məsələləri izah olunur. Dərs vəsaiti ali məktəb tələbələri, hüquqşünaslar, beynəlxalq hüquq və cinayət hüququ elmi sahələrində çalışan mütəxəssislər, hərbi tədris müəssisələrində təhsil alan hərbi qulluqçular, habelə praktiki fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Əlövsət Allahverdiyev
Nəşr tarixi : 2017
Monoqrafiyada gömrük hüququna anlayış verilir, onun nizamasalma predmeti, prinsipləri, mənbələləri, subyektləri və ümumi müddəalara dair digər məsələlər işıqlandırılır. Gömrük münasibətləri sahəsində ən yeni qanunvericilik aktları və elmi mənbələr əsasında hazırlanmış bq əsər milli iqtisadi hüquq elmində, xüsusən də onun gömrük hüquq sahəsində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Əsərdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, gömrük hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktik işçilər faydalana bilər.
Müəllif :
Novruzov Qulu Novruz oğlu
Nəşr tarixi : 2019
Ədliyyə Akademiyasının Elmi Şurasının 8 iyul 2022-ci il tarixli 1 saylı iclas protokolu ilə nəşrə məsləhət görülmüşdür.
Müəllif :
C.Quliyev, M.Hümbətov, N.Mustafayev
Nəşr tarixi : 2022
Dərslikdə müəllif tərəfindən elmi dövriyyəyə daxil edilən <<polis hüququ>> anlayışı, onun təşəkkül tapması və inkişaf tarixi, polis hüququnun predmeti, metodu, sistemi, subyektləri və mənbələri, habelə polis-hüquq normaları, polis hüququnda nəzarət və məsuliyyət kimi aktual məsələlərə toxunulur, onların mahiyyəti açıqlanır. Dərslikdə «polis hüququ>> konstruksiyasının milli hüquq sistemində mövqeyi inzibati hüquq kontekstində onun yarımsahəsi kimi elmi cəhətdən araşdırılır, əsas institutların mahiyyətinə aydınlıq gətirilir. Əsər Azərbaycan milli hüquq elminə daxil edilən yenilik kimi hüquq sistemində mövcud olan boşluqların doldurulmasına, hüquqi nihilizm təzahürlərinin və alqoritmlərin aradan qaldırılmasına xidmət edir. Kitabdan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, polis əməkdaşları, hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktik işçilər faydalana bilərlər.
Müəllif :
Əliyev Etibar Əli oğlu
Nəşr tarixi : 2019
Dərslikdə iqtisadi hüquq müstəqil hüquq sahəsi kimi fərqləndirilir, onun yarımsahələrinə və müxtəlif institutlarına doktrinal anlayış verilir, ayrı-ayrı iqtisadi münasibətlər üzrə milli hüquqi tənzimlənmənin xüsusiyyətləri şərh edilir. Azərbaycan Respublikasında müasir iqtisadi münasibətlər sferasında ən yeni normativ hüquqi aktlar və çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu dərslik milli hüquq elmində, xüsusən də onun iqtisadi hüquq sahəsində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, iqtisadi hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktik işçilər faydalana bilər.
Müəllif :
Əliyev Etibar Əli oğlu, Hüseynova Fatimə Etibar qızı, Qəmbərov Heydər Dəmir oğlu
Nəşr tarixi : 2019
Azərbaycan Respublikasında, ilk dəfə olaraq, təhsil standartlarına uyğun tərtib edilmiş bu dərs vəsaitində mediasiya hüququnun xüsusi hissəsi ilə bağlı məsələlərin əhatəli şəkildə işıqlandırılmasına təşəbbüs göstərilir. Burada mediasiya hüququnun xüsusi hissəsinin struktur tərkibi olan subinstutlara anlayış verilir, mediasiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin hüquqi tənzimlənməsinin spesifik aspektləri şərh edilir. Mediasiya qanunvericilik aktları əsasında hazırlanmış bu fundamental əsər hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Müasir dövrdə mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili və həyata keçirilməsi fonunda fiziki və hüquqi şəxslərin bu istiqamətdə maariflənməsi, vətəndaş cəmiyyətində hüquqi düşüncə və mediasiya mədəniyyətinin formalaşması baxımından, dərs vəsaiti mühüm əhəmiyyət kəsb edir. Dərs vəsaitindən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, mediasiya hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər, ekspertlər və digər şəxslər faydalana bilərlər.
Müəllif :
Əliyev Zaur Hümbət oğlu, Əliyev Etibar Əli oğlu, Hüseynova Fatimə Etibar qızı
Nəşr tarixi : 2024

Əliyev Etibar Əli oğlu, Hüseynova Fatimə Etibar qızı

Nəşr tarixi : 2023
Cəmiyyət və sosio-hüquqi problemlər” kitabı üç fəsildən ibarət olub, müəllifin son illərdə yazıb çap etdirdiyi elmi məqalələr əsasında tərtib olunmuş bir topludur. Kitabda müasir Azərbaycan Respublikasında cəmiyyətdə baş verən inkişaf dinamikası və bu aspektdə sosial problemlər, hüquqi baxış fəlsəfəsindən bəhs edən müxtəlif mövzular geniş yer almışdır. Bu toplum bakalavr və magistr sistemi üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, qanunyaradıcılıq və qanuntətbiqedicilik sahəsində çalışan əməkdaşlar, vətəndaşlar və bütövlükdə respublikanın ictimai, siyasi və hüquq nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Habil Qurbanov
Nəşr tarixi : 2018
Oxuculara təqdim olunan bu kitab mülki məhkəmə icraatı üzrə məhkəmənin qəbul etdiyi aktlardan biri olan qətnamələr barəsindədir.
Kitabda MPM-də nəzərdə tutulmuş birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamə formalarının bir hissəsi şərti şəkildə verilmisdir.
Kitab hakimlər, vəkillər, icra məmurları, ədliyyə orqanlarına qəbul olmaq istəyən namizədlər, eləcə də məhkəməyə dair qanunvericiliyin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Paşa İbiş oğlu Səfərov
Nəşr tarixi : 2013