Bu elmi araşdırmanın strukturu tədqiqatın məqsədi, vəzifələri və metodologiyası ilə şərtlənmişdir. Tədqiqat giriş, beş fəsil, nəticə və biblioqrafiyadan ibarətdir. Hər fəslin ayrıca biı paraqrafında həmin fəsil üzrə yekun müddəalar toplanmışdır.
Müəllif :
Kamal Makili-Əliyev
Nəşr tarixi : 2018
Dərslik Konstitusiya hüququnun tənzim etdiyi müxtəlif məsələləri, o cümlədən Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyasına müvafiq olaraq (2002-ci il avqustun 24- də və 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referemdumda) qəbul edilmiş dəyişiklik və əlavələrlə) yaradılmış yeni institutları əhatə edir. Kitabda həmçinin insan və vətəndaşın fundamental hüquq və azadlıqları, onları tənzim edən konstitusiya qanunları, qanunlar, Azərbaycan Respublikasının idarəetmə forması, dövlət quruluşu, dövlət hakimiyyəti mexanizmi, yerli özünüidarəetmə və s. ilə bağlı məsələlər də öz əksini tapmışdır.
Dərslik ali məktəb tələbələri və Konstitusiya hüququ ilə maraqlanan digər oxucular üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Ziyafət Əsgərov
Nəşr tarixi : 2011
Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn anlayışı, əsas institut və sahələri şərh edilmişdir. Dərslik ən yeni normativ sənədlər və beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikasının beynəlxalq-hüquqi mövqeyini əks etdirən müvafiq materiallar əsasında hazırlanmışdır. Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Lətif Hüseynov
Nəşr tarixi : 2012
Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi təzahü rləri aydın görünür. Azərbaycan torpaqlarını işğal etməsi Ermənistanın beynəxalq hüququn norma və prinsiplərini pozmasını açıq göstərir. Bəs, münaqişə necə nizama salınmalıdır? Dövlətlər münaqişənin nizama salınmasında nəyə əsaslanmalıdırlar? Dövlətlərarası münasibətlərin nizama salınmasının hüquqi əsası olan beynəlxalq hüquq Ermənistan - Azərbaycan münaqişəsinin nizama salınmasına 242 necə yanaşır? Əlbəttə, bu sualların cavabını ilk növbədə beynəlxalq hüququn jus cozens prinsiplərində - əsas başlanğıclarında, münaqişədə olan dövlətlərin bu prinsipləri həyata keçirmək niyyət və məramlannda axtarmaq lazımdır.
Müəllif :
Vəfaddin İbayev
Nəşr tarixi : 2006
Dərslikdə beynəlxalq humanitar hüquq fənni proqramına daxil olan mövzular əhatə olunmuşdur. Beynəlxalq humanitar hüquqa dair beynəlxalq hüquqi sənədlər şərh edilmiş, Azərbaycan Respublikası qanunvericiliyində beynəlxalq humanitar hüququn implementasiyası məsələləri araşdırılmışdır. Dərslik hüquqşünaslıq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Vəfaddin İbayev
Nəşr tarixi : 2001
Odlar Yurdu Universitetinin professoru Sabir Salman oğlu Allahverdiyevin müəllifliyi ilə yazılan dərslik bakalavr pilləsində qeyri-hüquqşünaslıq ixtisası üzrə təhsil alan ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsaslarına aydınlıq gətirilmişdir. Müəllif dərsliyi mövcud proqrama uyğun olaraq hazırlamışdır. Dərslikdən tələbələr və müəllimlər istifadə edə bilərlər.
Müəllif :
Sabir Allahverdiyev
Nəşr tarixi : 2007
Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu vəsaitdən hüququn digər sahələrində çalışanlar, tələbələr və müəllimlər, həmçinin naşirlər və müəlliflər istifadə edə bilərlər.
Müəllif :
Şəhla Tahirqızı
Nəşr tarixi : 2008
В монографии исследуются международные и национально-правовые аспекты глобальной экологической безопасости. Рассматриваются теоретические и практические аспекты международной экологической безопасности, определяется роль экологической безопасности в обеспечении прав человека, анализируются перспективы договорного сотрудничества по вопросам обеспечения экологической безопасности, выявляется место ответственности за нарушения международных обязательств по охране окружающей среды в обеспечении экологической безопасности, проводиться анализ законодательства Азербайджанской Республики, направленного на обеспечение экологической безопасности.
Müəllif :
Turqay Hüseynov
Nəşr tarixi : 2017
Dərs vəsaiti Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin hüquq fakultələrinin tələbələri, hüquqmühafizə orqanlarının əməkdaşları və respublikanın hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Xanlar Bayramzadə
Nəşr tarixi : 2007
Bu kitab Azərbaycanda bələdiyyələrin yaradılması tarixindən, yerli özünüidarəetmə orqanlarının inkişaf mərhələlərindən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlardan, beynəlxalq və milli normativ-hüquqi aktlardan, xarici ölkələrin yerli özünüidarəetmə hüquq və təcrübəsindən, bələdiyyələrin beynəlxalq əlaqələrindən, bələdiyyə-dövlət münasibətlərindən, yerli özünüidarəetmənin təşkili proesesindən, bələdiyyə maliyyəsinin əsaslarından, bələdiyyə idarəetməsinin üsul və formalarından bəhs edir.
Müəllif :
Fərman Salmanlı
Nəşr tarixi : 2024