Bu məqalədə iqlim dəyişikliyinin neqativ təsirlərinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının səfərbər olunmasının vacibliyi və “iqlim cinayətlərinə” görə məsuliyyət məsələsi müzakirə ediləcəkdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi potensialın artırılması hesabına xalqımızın rifahının yüksəldilməsi ilə yanaşı təbiətə qayğı göstərilmişdir. Həmin xətti davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki uğurlu dövlət siyasəti dünya miqyasında tanınması və qəbul edilməsi ilə nəticələnmişdir. İqlim dəyişikliyinin əleyhinə beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi bu prosesdə hüquq mühafizə orqanlarının aktivliyini tələb edir. Əsasən beynəlxalq müstəvidə gedən hüquqi proseslərin milli səviyyədə əlaqələndirilməsi, ümumən bu proseslərin hüquqi əsaslarının axtarışının davam etdirilməsi, iqlim dəyişikliyinə görə məsuliyyət növlərinin müəyyən edilməsi vacibdir. Hüquq mühafizə orqanlarının əsas fəaliyyətinin cinayət ədalət mühakiməsi sahəsində cərəyan etdiyinə görə həmin qəbildən olan cinayətlərin dispozisiyasının formalaşması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu mürəkkəb problemin həlli üçün müzakirələr davam etdirilərək daha geniş sayda alim və praktik hüquqşünasların dialoqu intensivləşdirilməlidir.
Müəllif :
Kamran Əliyev
Nəşr tarixi : 2024
Məqalədə vətəndaşların sosial-iqtisadi hüquqlarından biri kimi əmək hüququnun mahiyyəti araşdırılaraq qeyd olunur ki, bu hüquq insanın dəyişməz təbiətindən irəli gəlir və yaşamaq hüququ ilə bağlıdır. İnsanın ayrılmaz, təbii hüququ kimi əmək hüququnun əsasını həyat və özünümüdafiə təşkil edir. Əvvəllər ölkəmizdə bazar iqtisadiyyatı prosesi başlanana qədər əmək hüququna əmək müqaviləsi bağlanana qədər təminat verilirdisə, indi ona artıq əmək müqaviləsi bağlandıqdan sonra işçinin ona işəgötürənlə şərtləşdirilmiş işin təqdim edilməsi hüququ şəklində təminat verilir. Konstitusion əmək hüququ vətəndaşların bütün əmək hüquqlarının hüquqi bazasını təşkil edir. Əmək sahəsinə aid konstitusion hüquqların əksəriyyəti subyektiv xarakterlidir. Aparılmış tədqiqat nəticəsində belə bir nəticəyə gəlinmişdir ki, əmək hüququ- bu, hər hansı təminatsız səlahiyyət deyil, hüquq münasibətləri çərçivəsində mövcud olan hüquqdur. Ancaq hüquq münasibətləri kateqoriyası vasitəsilə bu konstitusion hüququn hüquqi təbiətini və sosial əhəmiyyətini açmaq olar. Beləliklə, əmək hüququnu vətəndaşların dövlət tərəfindən təmin edilmiş və təminat verilən, qanunvericilikdə təsbit edilmiş imkan kimi müəyyənləşdirmək olar.
Müəllif :
Ülkər Əkbərli
Nəşr tarixi : 2024
Məlum olduğu kimi innovasiyaların və texnologiyaların tətbiqinin geniş yayılması, rəqəmsallaşma prosesinin inkişaf dinamikasının çox sürətlə artması, rəqəmsal cəmiyyətin formalaşdığı mühitdə əqli mülkiyyət hüquq münasibətlərinin tənzimlənməsi prosesində meydana çıxan spesifik məsələlər olduqca vacib əhəmiyyətə malikdir. Rəqəmsal cəmiyyətin inkişafı və süni intellekt texnologiyalarının geniş tətbiqi əqli mülkiyyət hüquq münasibətlərinin tənzimlənməsi sahəsində ciddi dəyişikliklər tələb edir. Məqalədə rəqəmsallaşmanın əqli mülkiyyət hüquqlarına, xüsusilə müəllif hüquqları, patentlər və əmtəə nişanlarının qorunmasına təsiri təhlil edilir. Rəqəmsal mühitdə müəllif hüquqlarının pozulması, pirat məhsulların yayılması və süni intellekt tərəfindən yaradılmış əsərlərin hüquqi statusu kimi məsələlər araşdırılır. Həmçinin mövcud milli və beynəlxalq hüquqi çərçivələrin bu problemlərə cavab verə bilmək üçün yetərliliyi qiymətləndirilir. Əqli mülkiyyət hüquq münasibətlərinin tənzimlənməsi və müdafiə mexanizmlərinin sərtliyinin iqtisadi inkişafla qarşılıqlı əlaqəsi də təhlil edilmişdir. Məqalədə əqli mülkiyyət hüquqlarının daha effektiv müdafiəsi və rəqəmsal dövrdə yeniliklərə uyğun tənzimləyici mexanizmlərin formalaşdırılması ilə bağlı təkliflər irəli sürülür. Beynəlxalq əməkdaşlığın və müasir texnologiyalarla uyğunlaşan hüquqi yanaşmaların əhəmiyyəti də xüsusi vurğulanır.
Müəllif :
Əkbər Əliyev
Nəşr tarixi : 2024
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Qanunu, Mülki Prosessual Məcəllə və digər qanunlarla yanaşı, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Beləliklə, Avropa Şurasının Nazirlər Komitəsinin 15 üzvü tərəfindən 4 noyabr 1950-ci ildə imzalanmış və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası milli mülki prosessual qanunvericiliyinin mənbələri sırasına daxildir. Azərbaycan Respublikası tərəfindən 1950-ci il Avropa Konvensiyasını ratifikasiya etməsi, eləcə də Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasının tanınması kimi qəbul edildi. Bu isə özlüyündə insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən qorunmasının əhəmiyyətini daha da vurğulamış oldu.
Müəllif :
Əzizova Səbinə
Nəşr tarixi : 2024
Bütün rәhbәr prinsiplәr nәzәrә alınaraq, cinayәt qanununun müddәalarının cinayәt törәtmiş şәxsә tәtbiqi bilavasitә cinayәt mәsuliyyәtinin vә cәzanın fәrdilәşdirilmәsi prosesi ilә yekunlaşır ki, mәhz bu mәqam insan hüquq vә azadlıqlarının tәmini meyarı kimi çıxış edir. Fәrdilәşdirmә prosesi iki istiqamәtdә hәyata keçirilir: cinayәt mәsuliyyәtinin fәrdilәşdirilmәsi vә cәzanın fәrdilәşdirilmәsi. Cinayәt mәsuliyyәtinin fәrdilәşdirilmәsi qanunverici tәrәfindәn (Azәrbaycan Respublikasının Milli Mәclisi) hәyata keçirildiyi halda, cәzanın fәrdilәşdirilmәsi hüququ tәtbiq edәn orqanlar tәrәfindәn hәyata keçirilir vә әn sonda hakimin cәza tәyini prosesi ilә yekunlaşır. Cinayәt mәsuliyyәtinin fәrdilәşdirilmәsi prosesi qanun yaradıcılığı fәaliyyәti ilә bilavasitә bağlıdır.
Müəllif :
Samirә Babayeva
Nəşr tarixi : 2024
In the research work, the author examines and examines the issues related to the characteristics and legal provisions of the liability of an air carrier in the European Union in a scientific context. At the same time, special attention is paid to the nature and legal conditions of the liability of an air carrier in the European Union, the characteristics and legal provisions of liability for delay, as well as liability relations for violation of standards and rules in civil aviation in the sphere of air services.
Müəllif :
Nurlan Baghirzada
Nəşr tarixi : 2025
Mәqalәdә Türk Dövlәtlәri Tәşkilatı çәrçivәsindә mәdәni irs obyektlәrinin qanunsuz dövriyyәsinә qarşı regional әmәkdaşlığın perspektivlәrindәn bәhs olunur. Burada qanunsuz dövriyyәyә qarşı mübarizәdә Türk Dövlәtlәri Tәşkilatı çәrçivәsindә hәyata keçirilәcәk regional әmәkdaşlığın xüsusiyyәtlәri tәhlil edilir. Bu mәqsәdlә mövcud normativ aktlar analiz edilir. Üzv dövlәtlәrin bu sahәdәki әmәkdaşlığının mümkün olacaq forma vә istiqamәtlәri araşdırılır. Qanunsuz dövriyyә ilә mübarizәdә operativ әmәkdaşlıq imkanları müәyyәn edilir.
Müəllif :
Sima A. Süleymanlı
Nəşr tarixi : 2025
Mәqalә beynәlxalq adәt hüququnun formalaşması vә tәtbiqi ilә bağlı çoxsaylı nәzәri vә praktiki mәsәlәlәri әhatә edir. Beynәlxalq Ədalәt Mәhkәmәsi vә digәr tribunalların tәcrübәlәri, әnәnәvi metodologiyaların vә yeni yanaşmaların üstünlüklәri vә çәtinliklәrini göstәrir. Yazıda әsas diqqәt dövlәt tәcrübәsi vә opinio juris-in müәyyәn edilmәsi vә istifadәsinin tәhlilinә yönәldilmişdir.
Müəllif :
Mәqsәd Hüseynov
Nəşr tarixi : 2025
Müasir dövrdә nikahın pozulması institutunun hüquqi tәnzimlәnmәsinin sәmәrәli formalarının axtarışı Azәrbaycan Respublikasının hüquq elmi vә tәcrübәsindә aktual mәsәlәlәrdәn biridir vә bu istiqamәtdә xarici ölkәlәrin hüquq sistemlәrinin müqayisәli tәhlili böyük әhәmiyyәt kәsb edir. Müqayisәli hüquqi tәdqiqatlar müasir hüquq sistemlәrinin inkişafında yeni hadisәlәri dәrk etmәyә, ayrı-ayrı dövlәtlәrdә müәyyәn hüquqi münasibәtlәrin tәnzimlәnmәsindә oxşar vә fәrqli cәhәtlәri müәyyәn etmәyә imkan verir, hәmçinin beynәlxalq münasibәtlәrin inkişafına töhvә verir. Mәqalәdә ABŞ-nın mürәkkәb (dualistik) hüquq sistemindә nikahın pozulması institutunun tәnzimlәnmәsinin xüsusiyyәtlәri tәdqiq edilir.
Müəllif :
Sәbinә Əzizova
Nəşr tarixi : 2025
10 oktyabr 2000-cu ildә Astanada Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası vә Tacikistan Respublikası Avrasiya İqtisadi Birliyinin tәsis edilmәsi haqqında Müqavilә imzalamışlar.
Müəllif :
Orxan Mahmudov
Nəşr tarixi : 2025