Mәqalәdә göstәrilir ki, hәm Belarus Respublikasının, hәm Tacikistan Respublikasının, hәm dә Qırğızıstanın Mülki Mәcәllәsindә әşyaların daşınmaz vә daşınar növdә ola bilmәsi, hәmçinin daşınmaz әşyalara aid edilә bilmәyәn bütün әşyaların daşınar әşyalar sayılması öz әksini tapmışdır.
Müəllif :
Emin Dadaşov
Nəşr tarixi : 2025
Mәqalәdә Avropa İttifaqı çәrçivәsindә miqrasiya sahәsindә hüquqi tәnzimetmәnin xüsusiyyәtlәrindәn bәhs olunur. Burada Avropa İttifaqının miqrasiyasiyasәti araşdırılır. Miqrasiya sahәsindә Avropa İttifaqının qanunvericiliyi analiz edilir. Hüquqi tәnzimetmәnin inkişaf xüsusiyyәtinin tәhlili aparılır. Bu sahәdә kommunitar hüquq aktlarının rolu müәyyәnedilir. Miqrantların hüquqi statusu tәhlil edilir.
Müəllif :
Natәvan Zeynalova-Sultanova
Nəşr tarixi : 2025
Mәqalәdә beynәlxalq hüquq normalarının vәrәsәlik münasibәtlәrinә tәtbiqi mәsәlәlәri araşdırılır. İlk olaraq, beynәlxalq hüquq normalarının tәtbiqinin yalnız sәlahiyyәtli dövlәt orqanları tәrәfindәn hәyata keçirildiyi vurğulanır. Beynәlxalq hüquq sistemindә müqavilә normaları ilә yanaşı, adәt normaları vә beynәlxalq tәşkilatların daxili aktlarının da mühüm rol oynadığı qeyd edilir.
Müəllif :
Xanımana Qafarova
Nəşr tarixi : 2025
Mәqalәdә sәhiyyә sahәsindә beynәlxalq hüquq normalarının Avropa İttifaqı çәrçivәsindә milli hüquqi implementasiyasının xüsusiyyәtlәrindәn bәhs olunur. Avropa İttifaqının sәhiyyә siyasәtinin bu sahәdә qanunvericiliyin realizәsinә tәsir imkanları araşdırılır. Hüquqi implementasiya ilә bağlı Avropa İttifaqı qanunvericiliyinin mövqeyi analiz. Bununla bağlı hüquq doktrinasında olan yanaşmaların tәhlili aparılır. İmplementasiyanın hüquqi әsasları tәhlil edilir.
Müəllif :
Fatimә Hüseynova
Nəşr tarixi : 2025
Mәqalәdә müәlliflәr tәrәfindәn tibbi psixoLogiya vә insan hüquqları, onun anlayışı vә predmeti barәdә mәsәlә nәzәrdәn keçirilәrәk elmi cәhәtdәn araşdırılır. Qeyd edilir ki, tibbi psixologiya dedikdә şәxsiyyәtin psixi durumunu vә psixi proseslәri, elәcә dә insanın psixi vәziyyәtini, onun fәaliyyәtini, davranış qaydalarını, mәdәniyyәt vә psixi sağlamlığını öyrәnәn elm sahәsi başa düşülür. Çoxaspektli anlayış kimi elmi dövriyyәdә tibbi psixologiyanın dörd mәnada işlәdilmәsi vurğulanır: obyektiv mәnada tibbi psixologiya, qanunvericilik mәnasında tibbi psixologiya, elm mәnasında tibbi psixologiya, tәdris kursu mәnasında tibbi psixologiya.
Müəllif :
Etibar Əliyev, Aysel Hәsәnli
Nəşr tarixi : 2025
Beynәlxalq hava daşımacılığının sürәtlә inkişafı vә genişlәnmәsi öz növbәsindә bu münasibәtlәri tәnzimlәyәn universal qaydaların qәbul edilmәsini zәruri edirdi. Bu mәqsәdlә 1929-cu ildә Varşavada hava daşımalarına dair ilk universal beynәlxalq müqavilә olan “Beynәlxalq hava daşımalarına aid bәzi qaydaların unifikasiyası üçün Konvensiya” qәbul edilmişdir. Varşava Konvensiyası adlanan bu Konvensiya hәm yüklәrin, hәm dә sәrnişinlәrin vә onların baqajının beynәlxalq hava yolu ilә daşınmasının hüquqi rejimini tәnzimlәyir. Lakin Konvensiya zamanla sürәtlә inkişaf edәn mülki aviasiyanın tәlәblәrinә cavab vermәdiyi üçün onun modernlәşdirilmәsi vә tәlәblәrә uyğunlaşdırılması mәqsәdi ilә müxtәlif dövrlәrdә konvensiyaya әlavә vә dәyişikliklәr edәn әlavә konvensiya vә protokollar qәbul edilmişdir. Belә ki, 1955-ci il tarixli “Haaqa Protokolu”, 1961-ci il tarixli “Qvadalaxara Əlavә Konvensiyası”, 1971-ci il tarixli “Qvatemala Protokolu”, 1975-ci il tarixli “Monreal Protokolları” ilә Varşava Konvensiyasına әlavә vә dәyişikliklәr edilmişdir. Qeyd olunan bütün sәnәdlәr birlikdә “Varşava sistemi”ni tәşkil edir. Bu mәqalәdә “Varşava sistemi”nin әhәmiyyәti, ümumi xüsusiyyәtlәri vә tәtbiqi şәrtlәri araşdırılmışdır.
Müəllif :
Natiq Əsgәrov
Nəşr tarixi : 2025
İnsan hüquqları vә әsas azadlıqlarına hörmәt prinsipinin tәşәkkül tapması insan hüquqları sahәsindә müqavilәlәrin bütöv kompleksinin qәbul edilmәsi ilә әlaqәdardır. Nә dövlәt suverenlyi konsepsiyası, nә dә ki, müdaxilә etmәmәk kimi öhdәçilk ekstrimal vәziyyәtlәrdә hümanitar müdaxilә üçün әngәl törәdә bilmәz, nә beynәlxalq hüquq, nә dә BMT-nin Nizamnamәsi, tamamilә müdaxilә etmәmәk vә dövlәt suverenliyi prinsipi üzәrindә qurulmamaqdadır. Beynәlxalq hümanitar müdaxilә vә suverenlik arasındakı nisbәti müәyyәn edәrkәn, әsas kriteriya kimi beynәlxalq publik hüquq götürülmәlidir. İnsan hüquqları kütlәvi şәkildә pozularsa vә böyük itkilәr baş verәrsә, beynәlxaq hüquq heç vaxt dövlәtlәrdәn geri çәkilmәyi vә heç bir tәdbir görmәmәyi vә belәliklә, kütlәvi qırğınlara vә miqrasiyaya imkan vermәyi tәlәb edә bilmәz.
Müəllif :
Novruz Mehdiyev
Nəşr tarixi : 2025
Mәqalәdә 1990-cı il yanvarın 20-dә Sovet qoşunları tәrәfindәn Bakıda dinc әhalinin qırğına mәruz qalmasından vә bu qırğını törәdәnlәrin mәsuliyyәtә cәlb olunmamasından bәhs olunur. Sovet ordusu tәrәfindәn dinc әhaliyә qarşı törәdilmiş beynәlxalq cinayәtә hәr iki müәllif fәrqli aspektdәn yanaşmaqla, sonda mәsuliyyәt mәsәlәlәrindә eyni fikirdә olduqlarını qeyd etmişlәr. Hadisәyә hәrbi tәcavüz vә insanlıq әleyhinә cinayәtlәr prizmasından yanaşılması onun beynәlxalq müstәvidә tәnzimlәnmәsinә imkan yaradır. Bu sәbәbdәn dә müәlliflәr 20 yanvar cinayәtini törәdәnlәrin fәrdi cinayәt mәsuliyyәtinә cәlb olunmasını xüsusi olaraq vurğulayır vә beynәlxalq konvensiyaların vә Beynәlxalq Cinayәt Mәhkәmәsi Roma Statutunun buna imkan verdiyini qeyd edirlәr.
Müəllif :
Əlövsәt Allahverdiyev, Sәyyad Mәcidov
Nəşr tarixi : 2025
Mәqalәdә müasir dövrdә beynәlxalq tibb hüququnun tәşәkkül tapması, genezis-yaranma әlamәtlәri vә formalaşması barәdә elmi bәhs olunur. Qeyd edilir ki, beynәlxalq tibb fәaliyyәtinin ümumdünya universal sәviyyәdә vә dövlәtlәrarası әmәkdaşlıq miqyasında hәyata keçirilmәsi, onun hüquqi cәhәtdәn tәnzimlәnmәsi vә nizama salınması zәrurәti beynәlxalq tibb hüququnun yaranmasını şәrtlәndirir. Tәqdirәlayiq hal kimi, xüsusilә, qeyd edilir ki, Azәrbaycan Respublikası bu kontekstdә xeyli sayda beynәlxalq sәhiyyә-tibb müqavilәlәrinә qoşulmuşdur, elәcә dә tibb fәaliyyәtinin nizama salınması mәqsәdi ilә zәruri normativ hüquqi baza yaradılmışdır.
Müəllif :
Fatimә Hüseynova
Nəşr tarixi : 2025
Müasir dövrdә rәqәmsallaşma vәrәsәlik hüququnda “rәqәmsal miras” kimi yeni anlayışlar vә sosial media hesablarının miras kimi ötürülmәsi mәsәlәlәrini aktuallaşdırır. Gәlir mәnbәyinә çevrilәn sosial media profillәrinin ölümdәn sonra vәrәsәlәrә keçmәsi hüquqi müzakirәlәrә sәbәb olur, çünki әnәnәvi miras qaydaları rәqәmsal aktivlәrә tam uyğunlaşmır. Müxtәlif ölkәlәrdә bu mәsәlәyә fәrqli yanaşılır: bәzi qanunvericiliklәr virtual aktivlәri miras obyekti kimi tanıyır, digәrlәri isә şәxsi mәlumatların mәxfiliyi ilә bağlı çәtinliklәri qeyd edir. Ziddiyyәtlәr, xüsusilә, vәfat etmiş şәxsin mәlumatlarının qorunması ilә vәrәsәlәrin hüquqları arasında kәsişir. Azәrbaycan qanunvericiliyindә rәqәmsal mirasın statusu açıq şәkildә tәnzimlәnmәdiyindәn, bu sahәdә boşluqlar mövcuddur. Tәhlillәr göstәrir ki, hüquqi çәrçivә vәrәsәlәrin vә ölmüş şәxsin mәxfiliyinin balansını tәmin edәcәk şәkildә tәkmillәşdirilmәlidir. Bunun üçün beynәlxalq tәcrübә vә milli spesifikalar nәzәrә alınaraq normativ dәyişikliklәr zәruridir.
Müəllif :
Şükür Yusifov
Nəşr tarixi : 2025