Right to vote and active participation of the members of any given society in a decisionmaking process are inevitable elements of the democracy. Thus, in any society, the voice of each individual is of great importance. Recent trends, especially the increasing influx of migration, are changing the nature of the societies in almost all countries and emerging diversities bring new challenges. These challenges urge governments to implement policies to deal with them. One of the challenges is the right to vote (global suffrage) for foreigners. Almost in all countries the right to vote is reserved for the citizens (nationals). The potential question here is: whether the voting rights should be extended to everyone in the society or at least to the non-citizens with legal residence. To find an answer to this question this article will first examine the reciprocal relationship between democracy and citizenship and delve into the notion of ‘democracy’ as a constitutional principle and will discuss its indispensable constituent components. The constitutional frameworks and legislations of the target countries, namely, New Zealand, Chile, Malawi and Uruguay and of the European states will be exemplified and compared. Later, under the light of its findings the paper will try to seek an answer to the main research question.
Müəllif :
Vugar Ibrahimov
Nəşr tarixi : 2022
Türkiyə və Yunanıstan arasındakı Egey dənizi problemi 100 ilə yaxın bir müddətdir ki, öz həllini tapmır. Bunun başlıca səbəblərindən biri isə hər iki ölkənin delimitasiya ilə bağlı fərqli yanaşmaları, Türkiyənin orta xətt prinsipini, Yunanıstanın isə bərabər məsafə prinsipini təklif etməsi, tərəflərin Birləşmiş Millətlər Təşkilatının “Dəniz Hüququ haqqında” Konvensiyasının müddəalarının mübahisənin həlli üçün tətbiqi və adət hüququ ilə bağlı hüquqi mövqeləri, habelə məsələnin pərdə arxasındakı siyasi maraqlar və enerji resurslarına çatımlılıqdır. Bu xüsusda, məqalədə hər iki ölkənin təklifləri qarşılıqlı şəkildə təhlil ediləcək, eləcə də Beynəlxalq Ədalət Məhkəməsinin oxşar mübahisələr üzrə verdiyi qərarlar nəzərdən keçiriləcək, sonda isə mübahisənin obyektiv həlli istiqamətində dünya praktikası da nəzərə alınmaqla həll yolları təklif ediləcəkdir.
Müəllif :
Ceyhun Xəlilov
Nəşr tarixi : 2022
In this article, the interaction between two crucial rights enshrined in the European Convention on Human Rights, namely freedom of religion and freedom of expression is analyzed. In that regard, firstly, the way of the European Court of Human Rights examines particular disputes over these two freedoms will be discussed. Moreover, the questions on how the exercise of one right may interfere with the enjoyment of another and whether the exercise of one right justifies limitations on another will be tried to be answered through the case-law of the European Court of Human Rights.
Müəllif :
Aykhan Dadashov
Nəşr tarixi : 2022
Apart from being a substantial tool for improving a state’s economy, subsidies are one of the most controversial issues covered by the World Trade Organization. Especially, the question whether subsidies can exist in extraterritorial forms has given rise to heated debates in the academia. Taking into account the influence of subsidies on competition and, in general, on economies, the importance of possible answers to this question becomes clearer. Additionally, the status of “developing states” is still unresolved. Being considered a “developing state” increases chances to apply subsidies. But under which conditions is a state considered a “developing state” is controversial. Therefore, clarifying the criteria for developing states is also important. In this article, subsidies have been analyzed from legal and economic points of view - in particular, the effects of subsidies on developing states’ economies have been discussed. After reviewing the definition and impact of subsidies, some flaws in the World Trade Organization’s regulation and case-law of the Dispute Settlement Body have been studied, and proposals are given to remove these shortcomings.
Müəllif :
Sayyad Yusifli
Nəşr tarixi : 2022
Sənədlərin saxtalaşdırılması və belə hallarla mübarizə haqqında qeydlər isə hələ qədim Roma hüquq mənbələrində öz əksini tapmışdır. Siseronun etiraf etdiyi kimi, «hətta bəzi vicdanlı adamların da sənədləri saxtalaşdırmaq yolu ilə varlanmaq imkanı yarandıqda buna əl atdıqlarını görürük» [1, s.175]. Eramızdan əvvəl 1-ci əsrdə Roma hökmdarı Sulla tərəfindən sənədlərin saxtalaşdırılmasını həyata keçirən şəxslər barədə məsuliyyət nəzərdə tutan «Korneliya» adlanan qanunu imzalanmışdı. Bu qanuna uyğun olaraq saxta vəsiyyətnamə hazırlayan, saxta sənədlərə möhür vuran, əsl vəsiyyatnaməni gizlədən, sənədlərin mətninə əlavə, pozma, üstdən düzəltmə və digər yollarla dəyişikliklər edən şəxslər cəzalandırılırdı [2, s.213]. Orta əsrlərdə bir çox ölkələrdə sənədlərin saxtalaşdırılması hallarına qarşı mübarizə daha da sərtləşdirilmiş, buna görə məsuliyyət nəzərdə tutan xüsusi normalar ayrı-ayrı qanunvericilik aktlarına daxil edilmişdi. Məsələn, XVI əsrin 1-ci yarısında Fransada sənədlərin saxtalaşdırılması hallarının artmasının, nəticədə də əhaliyə və dövlətə həmiyyətli əmlak ziyanın vurulmasının qarşısını almaq məqsədilə Kral I Frantsisk 1532-ci ildə bu kateqoriyalı cinayətlərə görə daha sərt cəzaları müəyyən edən xüsusi qanunvericilik aktını imzalamışdı.
Müəllif :
Aysel Aslanova - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzi Sənədlərin texniki ekspertizası şöbəsinin aparıcı eksperti
Nəşr tarixi : 2022
This article identifies the most damaging forces to gun rights for the mentally ill in the USA. Moreover, the American civil commitment adjudicatory system is critiqued, how state courts routinely apply the dangerousness standard too broadly when making commitment decisions is highlighted, and Congress’ role in exacerbating the problem is pinpointed in the article. The American Psychological Association is also called to issue strict guidelines to psychiatric professionals concerning the legal standard of dangerousness to reduce unnecessary civil commitments in the article. Lastly, the article proposes a Congressional solution to avoid future unconstitutional deprivation of rights.
Müəllif :
Robert E. Ranney
Nəşr tarixi : 2022
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, baxış cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə aparılır (4). Hadisə yerinə baxış sübutların əldə edilməsinin ən yaxşı vasitələrindən biridir. Belə ki, istintaq hərəkətinin vəzifələri bilavasitə cinayətin kriminalsitik xarakteristikasının elementlərinin müəyyən olunmasına xidmət edir. Məhz hadisə yerində qalmış izlərə əsasən cinayətin edilmə vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və cinayətkarın şəxsiyyəti barədə müəyyən fərziyyələrin irəli sürülməsi mümkün olur.
Müəllif :
İsmayıl Əmirli - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kriminalistika kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2022
Böyük təəssüf hissi ilə qeyd etmək olar ki, cinayətkarlıq bazar iqtisadiyyatına xas olan faktorlardan biridir. Məhz buna görə müasir rus cəmiyyətinin inkişafına xas olan iqtisadi və siyasi münasibətlərrin radikal dəyişiklikləri cinayətkarlığın artmasına və bir çox mənfi nəticələrə yol açır. Gələcək illərdə Rusiyanın cinayətkarlıq səviyyəsinin göstəriciləri bazar iqtiadiyyatı və parlament demokratiya üzrə inkişaf etmiş ölkələr ilə eyniləşdirilməsi proqnozlaşdırılır. Həmin ölkələrdə iqtisadi cinayətkarlığın artması müşayiət olunur. BMT-nin məlumatına əsasən inkişaf etmiş ölkələrin ümumi cinayətkarlıq səviyyəsinin göstəricilərinin 82%-nı iqtisadi və digər əmlak cinayətləri təşkil edir.
Müəllif :
Qardaş Hüseynov - İqtisad elmlər namizədi, Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti
Nəşr tarixi : 2022
Düşünən hər bir fərd üçün əhəmiyyət kəsb edən təsəvvürlər arasında mülkiyyət, qida, karyera və istirahət xüsusilik təşkil edir. Onların hər birinin gercəkləşməsinin asılı olduğu təzahürlər yer və vaxt ilə xüsusi əlaqəlidir. Ümumiyyətlə ictimai yer cəmiyyətin gündəlik həyatında mühümlüyü ilə xarakterizə olunur. Bununla belə ictimai yerlərdə yaranan və təkamül edən ictimai münasibətlərin sistemi sayılan ictimai qayda təşkil edilir ki, buradan belə nəticəyə gəlmək olar ki, cəmiyyət və dövlət öz növbəsində ictimai yerlərdə formalaşmaqda olan əxlaq və hüquq normalarının təmini, eləcə də mühafizəsi və qorunması üzrə tədbirlər görməlidir. Nəzəri ədəbiyyatlarda ictimai yerlərin daimi, vaxtaşırı və epizodik xarakterli növləri fərqləndirilir. Məsələn: Rus hüquqşünas alimi L.LPopov ictimai yerlərin aşağıdakı üç kateqoriyasını fərqləndirir: 1. Daimi istifadə olunan ictimai yerlər: küçələr, meydanlar, yollar və s. 2. Müvvəqqəti istifadə olunan ictimai yerlər: mağazalar,teatrlar, stadionlar və s. 3. Epizodik ictimai yerlər: kütləvi-mədəni tədbirlərin təşkil olunduğu meşələr, dağ massivləri, göllər, çay sahilləri və dənizkənarı yerlər [1, s.78- 79]. Hüquqşünas alimlər V.Abışov və H.Eyvazov “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” ümumi hissə dərsliyində qeyd edirlər ki, ictimai yerlər, əsasən, onlarda insanların olması ilə əlaqələndirilir, çünki insanların ünsiyyətdə olduqları yerlərdə davranış qaydasının pozulması bir şəxs tərəfindən digər şəxsin, insan qruplarının, cəmiyyətin maraqlarına toxunması ilə bağlıdır.
Müəllif :
Rafiq Nəcəfquliyev - DİN-in Polis Akademiyası “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent
Hikmət Rəhmanov - DİN-in Polis Akademiyasının əyani fakültəsinin 5-ci kurs kursantı
Nəşr tarixi : 2022
Müasir dövrdə beynəlxalq iqtisadisiyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, iqtisadi və sosialmədəni həyatın beynəlmiləlləşdirilməsi, eyni zamanda müharibələrin, milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin daha çox kütləvi miqrasiyası ilə müşayiət olunur. Bununla belə, yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda sürətli qloballaşmanın açdığı yeni era miqrasiya sahəsində yeni imkanlarla bərabər, həm də bütün dünyada cəmiyyətlər və ölkələr qarşısında yeni problemlərin yaranmasına səbəb olub. Qətiyyətlə demək olar ki, miqrasiya həyat tərzinə çevrilmişdir. Qəbul edilmiş ümumi anlayışa görə miqrasiya insanların bir ölkədən digər ölkəyə həmişəlik və ya uzun müddətə köçməsidi.
Müəllif :
Afaq Sadıqova - Hüquq və İnsan Haqları İnstitutunun “Mülki hüquq, mülki proses, sosial iqtisadi əlaqələr” şöbəsinin böyük elmi işçisi
Nəşr tarixi : 2022