Aİ-də “azad zonalar” “İttifaqın gömrük ərazisi daxilində qeyri-üzv dövlətlərin mallarının idxal rüsumları, digər rüsumlar (yəni vergilər) və kommersiya siyasəti tədbirləri olmadan idxal oluna biləcəyi qapalı ərazilər” kimi müəyyən edilir. [4] Bununla belə, bu azad zonalarda daha liberal ticarət qaydalarının tətbiq edilməsi özlüyündə əsas məqsəd deyil. Bu tədbirlər həyata keçirildiyi bölgənin iqtisadi və sosial inkişafına kömək etmək məqsədi daşıyır.[8] Bu məqsədlə gömrük tənzimləmələri ilə bağlı güzəştlərdən əlavə, azad zonalarda dövlət orqanları tərəfindən bir çox digər təşviqlər, o cümlədən vergidən azadolmalar, sadələşdirilmiş inzibati prosedurlar, sadələşdirilmiş gömrük qaydaları və infrastrukturun təmin edilməsi kimi bir çox digər tədbirlər həyata keçirilir [8; s 2]. Aİ-də bir çox Üzv Dövlətlərin ərazisində azadticarət zonaları daxil olmaqla azad zonalar mövcuddur. Məsələn, 1959-cu ildə İrlandiyada yaradılmış Şennon azad zonası, 1980-ci ildə Portuqaliyada yaradılmış Madeyra azad zonası, Polşada fəaliyyət göstərən on dörd azad zona və s.
Müəllif :
Nicat Cəfərov - Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Это моральные, правовые, политические, эстетические, корпоративные, религиозные обычаи, традиции, привычки, нравы, обряды, ритуалы, требования этикета, корректности, приличия и др. Все они объединяются понятием социальные нормы – объективно необходимые правила совместного человеческого бытия, указатели границ должного поведения.Право сложилось намного позже других нормативных систем и главным образом на их основе. Оно стало более жестко и целенаправленно регулировать экономические и иные отношения. Равно как и вместо прежней общественной власти появилась публичная власть, уже не совпадающая с интересами всего общества и опирающаяся на особый аппарат, готовый за нарушение официально установленных и строго обязательных норм применить принуждение. «Исторически право возникает как бы для компенсации «недостаточности» морали, которая обнаруживается с возникновением частной собственности и политической власти» (1, с.86). В последующем нормы права и морали тесно переплелись, взаимодействуя с другими средствами социальной регуляции.
Müəllif :
Ильхам Алиев - ведущий научный сотрудник Института Права и Прав Человека, доктор философии по праву
Nəşr tarixi : 2022
Sosial xidmət dedikdə, çətin həyat şəraitində yaşayan şəxslərin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər başa düşülür (3.). Başqa sözlə desək, sosial xidmət qanunla müəyyən edilmiş qaydada cəmiyyətin nisbətən zəif və müdafiəsiz üzvlərinin – qocaların, yetkinlik yaşına çatmayanların, qadınların, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, əlillərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və s. hüquqlarının qorunması, onların digər insanlarla bərabər şəkildə layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri özündə ehtiva edir
Müəllif :
Ata Vəliyev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Mülki hüquq” kafedrasının baş müəllimi, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı, polis baş leytenantı
Nəşr tarixi : 2022
Siyasi sistemin inkişaf səviyyəsini səciyyələndirən xüsusiyyətlərdən biri onun vətəndaş cəmiyyəti ilə nisbətidir. Siyasi və sosial sahələrin qarşılıqlı əlaqəsini öyrənərkən “vətəndaş cəmiyyəti” kateqoriyasından istifadə edilir. “Vətəndaş cəmiyyəti” dedikdə cəmiyyətin tipi, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi nəzərdə tutulur. O həm müəyyən təsisatlar kompleksi, həm də ictimai münasibətlər sistemidir. Vətəndaş cəmiyyəti sosial orqanizmin tərkib hissəsi olub demokratiyanın başlıca şərti və onun əsas göstəricisidir. Hələ qədim zamanlardan insanlar azad olmaq və ədalətli dövlət yaratmaq arzusunda olmuşlar.
Müəllif :
Ülkər İmaməliyeva - Siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun Politologiya və sosiologiya kafedrasının baş müəllimi
Nəşr tarixi : 2022
Bəşəriyyətin təkamülü mahiyyət etibarı ilə azadlığın mütərəqqi inkişafını ehtiva edir. Elə buna görə də min illər boyu dövlət və ayrıca bir fərdin şəxsi münasibətləri, həqiqətən dramatik səciyyə daşımış, uzun tarixi mübarizələr yolu keçmişdir. Bununla belə, hakimiyyət faktiki olaraq, yaşamaq hüququ da daxil olmaqla insanın maraqları qarşısında tarixən baş əyməyə məcbur olmuş və onun hüquqlarını tanımaq məcburiyyətində qalmışdır. Elə bunun nəticəsidir ki, nəsillərin nəzəri fikri cəmiyyətdə kompromis tapmağa və insanı hakimiyyətin əsassız təhdidlərindən qorumağa, insanın təbii, ayrılmaz hüquqları vasitəsi ilə ona qarşı sədd qoymağa zaman-zaman cəhd etmişdir. İnsan hüquqlarının təbiətinə işıq salmış daha geniş yayılan baxışlar sistemi, onların ilk növbədə hər hansı tələb obyektini ehtiva edən müəyyən sosial imkan kimi başa düşülmüşdür. Buna görə də insan hüquqları, cəmiyyətin sosial fəaliyyəti, onun ictimai münasibətləri, fərdin həyat şəraiti ilə sıx bağlı bir şəraitdə təşəkkül tapmışdır. Çünki, insan hüquqları olmadan müasir həyatı təsəvvür etmək mümkün deyildir. Elə buna görə də, insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biri kimi səciyyələndirilir və aktual mahiyyət daşıyır. Dünyanın əksər ölkələrində insan hüquqları, insanın ümumiyyətlə mövcud olmasının və milli inkişafının ən vacib şərti kimi qəbul edilir. x
Müəllif :
Səidə Həsənzadə - Hüquq elmləri doktoru, Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi
Nəşr tarixi : 2022
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə əldə edilmiş müvəffəqiyyətlərin əsasını və milli strategiyanın səciyyəvi keyfiyyət xüsusiyyətini qüvvətli siyasi iradənin olması təşkil edir.
Müəllif :
Seyfulla Aslanov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Müxtəlif hüquq sistemlərində hüquqi şəxsin ifadə edilməsi üçün istifadə edilən terminologiya özü kifayət qədər çoxdur : mistik şəxs, uydurma şəxs, süni şəxs, əxlaqi şəxs, lakin daha çox hüquqi şəxs adlanır. Anqlosakson hüquq sistemində şirkət, korporasiya terminləri qəbul edilib [4, s12]. Hüquqi şəxs anlayışı mülki hüquq elmində ən problemli məsələlərdən biridir. Demək olar ki, hər bir alim hüquqi şəxslərin hüquqi statusu ilə bağlı öz nəzəriyyəsini yazmışdır. Hüquqi şəxsin təbiətinin müəyyən edilməsində yaranan çətinlik şəxs, subyekt, subyektiv hüquq, mülkiyyət hüququ kimi mülki hüququn fundamental anlayışlarının aydınlaşdırılmasının zəruriliyi ilə bağlıdır. Qeyd edilən anlayışların özünü də mövcud nəzəriyyələr kifayət qədər ziddiyyətli şəkildə müəyyən edirlər [4, s12]. Hüquqi şəxslərin meydana gəlməsi, fəaliyyət göstərməsi və ləğvi prosesini nizama salan hüquq normalarının məcmusu kimi hüquqi şəxs institutu XIX yüzilliyin ikinci yarısında Qərbi Avropa hüququnda formalaşmışdır. Bu institutun təşəkkül tapması və inkişafı qismən Roma hüququnun, qismən xristian ilahiyyatının, daha sonralar isə obyektiv şəkildə meydana gələn iqtisadi və siyasi vəziyyəti nəzərə almaqla alman klassik fəlsəfəsinin təsiri altında baş vermişdir.
Müəllif :
Ramazan Əsgərxanov - Dövlət Gömrük Komitəsi Akademiyasının Hüquq Fakültəsinin II kurs tələbəsi
Nəşr tarixi : 2022
The article focuses its attention on analyzing, firstly, the European regulatory landmark on energy bills. Secondly, this article will investigate the electricity bills discipline of two European countries: Germany and Italy. The scope of the first part of this article is to highlight the differences in the structure and the discipline of electricity bills in the two countries. The second part of the article will investigate how both EU countries have reacted to energy bills during emergency periods. For Italy, the focus will be both on the earthquake of 2016 which destroyed 138 municipalities of the Marche Region and on the COVID-19 pandemic, while for Germany the investigation will concentrate only on the pandemic emergency regulations related to energy bills. The outline of the article will be a comparison of both energy bills practices during emergency periods thus highlighting how the countries have reacted during these exceptional events.
Müəllif :
Ivan Allegranti
Nəşr tarixi : 2022