Üç onillikdən artıq müddətdə Azərbaycan təcavüzə məruz qalmış və ərazilərinin əhəmiyyətli hissəsi işğal altında olmuşdur. Bu işğal altında olan ərazilər beynəlxalq hüquqa görə həmişə Azərbaycanın ərazisi olaraq tanınmışdır. Amma tanınma dövlətin bu ərazilərdə suveren hüquqlarından istifadə və onları tətbiq etməsi üçün kifayət etməmişdir. Ən önəmlisi isə bu üç onillik ərzində Azərbaycan gündəlik olaraq təcavüzkarın silahlı hücumlarının ünvanı olmuşdur. Bu silahlı hücumları dayandırmaq, ərazilərinin işğalına son qoymaq və bu ərazilər üzərində suverenliyini bərpa etmək üçün Azərbaycan qırx dörd gün davam edən müharibəni aparmış və qalib gəlmişdir. Beynəlxalq hüquq baxımından Azərbaycanın hərbi əməliyyatları, bir dövlətin ərazisini işğaldan çeyrək əsr keçdikdən sonra azad edə bilərmi sualını yenidən gündəmə gətirmişdir. Başqa sözlə, dövlətin işğalda olan ərazisini uzun müddət keçdikdən sonra azad etmək üçün güc tətbiq etmək hüququ varmı? Ümumiyyətlə, bu hallarda beynəlxalq hüquqda gücün statusu nədir? Bu baxımdan Azərbaycanın güc tətbiq etmək hüququ nədən ibarətdir? Hazırki məqalədə bu suallara cavab axtarılmışdır.
Müəllif :
Şahid Şükürov
Nəşr tarixi : 2021
Zaman-zaman hər bir ölkənin bütün və ya ayrı-ayrı ərazilərində qabaqcadan görülməsi mümkün olmayan, sülhə təhlükə olan və ya böhran vəziyyəti yaradan müəyyən hallar baş verir. Bu zaman əsas məqsəd həm insan hüquqlarının, həm də dövlətin təhlükəsizliyini qoruması üçün həmin vəziyyətin aradan qaldırılmasıdır. Bu vəziyyətin aradan qaldırılması üçün isə dövlətlər öz ərazilərində müəyyən rejimlər tətbiq edirlər. Ölkəmizdədə bu cür hallarda tətbiq edilən rejimlər xüsusi inzibati hüquqi rejimlər adlanır və üç yerə bölünür: fövqəladə vəziyyət rejimi və hərbi vəziyyət rejimi və karantin rejimi. Fövqəladə vəziyyət rejimi dedikdə yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə adi halda tətbiq edilməyən idarəetmə qaydalarının həyata keçirilməsi başa düşülür.
Müəllif :
Vüsalə Əzizli - Bakı Dövlət Universiteti Konstitusiya hüququ kafedrasının II kurs magistrantı
Nəşr tarixi : 2022
Bu gün Azərbaycan Respublikasında qabaqcıl təcrübələri ehtiva edən inkişaf etmiş dövlətlərə məxsus olan bir çox xüsusiyyətlərə malik, eyni zamanda qədim xalqın dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərinə uyğunluğu ilə fərqlənən, tərəqqiyə şərait yaradan hüquq və qanunvericilik sistemləri qurulmuşdur ki, bu istiqamətdə uğurlu islahatların davamına dayanmadan şahidlik edirik. Davamlı tərəqqi yolunda bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında mahiyyət etibarı ilə yeni mərhələnin başlanması ilə o cümlədən bu sahədə islahatların bir qədər də dərinləşdirilməsini zəruri etmişdir. Əminliklə demək olar ki, məhkəmə sisteminin inkişafı, o cümlədən məhkəmədən kənar alternativ həll yollarının formalaşdırılmasını da labüd etmişdir
Müəllif :
Azər Rəhimov - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Copyright owner has an exclusive right on distribution of his/her work. However, this right is restricted by “first sale” doctrine, which states, that after the first sale of the copyrighted work, distribution rights of the copyright owner is exhausted, and he/she cannot control future sale of the work. Talking about a physical copy of the book, no question arises regarding the application of the “first-sale” doctrine. If the author of the book, sells, gives as a gift, or in any other way transfers the property rights for the copy of the book to another person, he/she loses the control regarding the future sale and transfer of this very copy. However, we are only talking about this very copy, therefore it is illegal to make a copy of the copy and distribute and sell them. A question arises: What if the copy is not physical, but a digital copy? Can we apply the same rules, considering that a copy of physical copy can be determined easily, because of the low quality of each further made copy, while it is not the case regarding digital copies?
Müəllif :
Aydan Mammadli
Nəşr tarixi : 2021
Азербайджан восстановил свою территориальную целостность, выполнил резолюции Совета Безопасности ООН, требовавшие незамедлительного, безоговорочного и полного вывода армянских оккупационных сил с территории суверенного Азербайджана. Конфликт с Арменией Азербайджан победоносно решил военно-политическим путем. В ночь с 9 на 10 ноября 2020 года было подписано трехстороннее Заявление президентов России, Азербайджана и премьерминистра Армении, положившее конец армяно-азербайджанскому конфликту. В соответствии с трехсторонним Заявлением, Армения вывела свои оккупационные силы из Агдамского, Лачинского и Кяльбаджарского районов Азербайджана. До этого вооруженные силы Азербайджана освободили более 300 городов и сел на поле боя, использовав , для восстановления исторической справедливости «железный кулак».
Müəllif :
Лала Мовсумова - доктор философских наук, доцент
Nəşr tarixi : 2022
Oтношения, связанные с осуществлением внешнеэкономической деятельности, всегда осложнены иностранным элементом. Это определяет содержание и характер правового регулирования предпринимательской деятельности, связанной с осуществлением внешнеэкономической деятельности. Внешнеэкономические отношения любой страны служат решению двух принципиально важных задач – обеспечению национальных интересов и содействию социально-экономического развития. Национальные интересы имеют более масштабный, стратегический характер и потому в основном их политикоправовое обеспечение осуществляется конституционными и важнейшими политическими документами государства. Интересы социально-экономического развития имеют текущий или среднесрочный характер, регулируются законодательством и законодательными актами.
Müəllif :
Айсель Аббаслы - Преподаватель кафедры Гражданский процесс и коммерческое право Бакинского Государственного Университета, доктор философии по праву
Nəşr tarixi : 2022
Övladlığa götürmə institutu hələ patriarxal ailənin mövcud olduğu qədim dövrlərdən məlumdur. Belə ailənin tərkibinə eyni dərəcədə həm uşaqlar, həm kölələr, həm də başqa ailələrdən ailəyə qəbul edilənlər daxil idi. Lakin əvvəllər övladlığa götürmə icmanın sayını və möhkəmliyini qoruyub saxlamaq tələbatı ilə bağlı idisə, zaman keçdikcə övladlığa götürmənin başqa məqsədi ön plana çıxmağa başladı – sonsuz ər-arvadın ruhunu yad edəcək varisə malik olmaq. Bu qədim dövrün özünəməxsus təsiri idi, çünki xristianlıq dövründə mərhumun ruhuna qayğı göstərilməsini kilsəyə həvalə etmək mümkün idi, bütpərəstlik dövründə isə bu müstəsna olaraq yalnız onun uşaqlarının vəzifəsi idi. Bununla yanaşı, övladlığa götürmə zamanı yalnız övladlığa götürənin deyil, həm də övladlığa götürülənlərin maraqları nəzərə alınırdı [14, s. 105]. Bu zaman öz ailəsini itirənlərə daha çox üstünlüklər tanınırdı.
Müəllif :
Səkinə Mehdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2022
Dünyanın əksər dövlətlərində olduğu kimi Azərbaycan Respublikasında da yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyətinin hüquqi əsasları dövlətdaxili qanunlarla tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun olaraq “mili rejim” prinsipi əsasında ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə çoxsaylı hüquq və azadlıqlar verməklə həmin şəxslərin hüquqi statusunu təsbit etmiş, habelə milli qanunvericilik normaları ilə həmin şəxslərin inzibati məsuliyyətinin hüquqi əsasları müəyyən edilmişdir.
Müəllif :
Rasim Ağasiyev - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2022
After the World War II, with the establishment of the United Nations, important steps were taken in protec-ting human rights and ensuring gender equality across the world. In particular, in the last 50 years, the deepening of the globalization process and international economic integration, as well as the expansion of cultural and political relations, made it possible for women to be more closely involved in social and political processes. In all states, to one degree or another, the legal framework for the protection of women's rights and the provision of gender equality was formed, and mechanisms were created for the implementation of these laws. As a result of global, regional, and national policies pursued for the protection of human rights, including women's rights, and ensure gender equality, women in most countries of the world are now closely involved in economic, political, and social life on an equal footing with men.
Müəllif :
Lamiya Zeynalova
Nəşr tarixi : 2022
Rəqəmsal kriminalistika yaxşı qurulmamış və artıq sinonimləri olan yeni bir termindir (elektron kriminalistika, kompyuter kriminalistikası, internet kriminalistika və s.). Rəqəmsal kriminalistika müasir informasiya-kommunikasiya texnologiyalarının fəaliyyət xüsusiyyətlərinin dərk edilməsinə əsaslanan və cinayət xarakterli qanunauyğunluqları müəyyən etmək üçün istifadə olunan yeni biliklərdir.
Müəllif :
Rasim İsaqov - DİN-in Polis Akademiyasının “Kriminalistika” kafedrasında baş müəllimi, polis polkovnik-leytenantı.
Nəşr tarixi : 2022