İnstitutumuzun əməkdaşı informasiya təhlükəsizliyinin hüquqi bazasını araşdırıb

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “İnformasiya hüququ” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun məqaləsi “Wos” bazasına daxil olan “Vaprosı istorii” jurnalında dərc olunub.
Xalid Niyazovun “İnformasiya təhlükəsizliyinin hüquqi bazası: müqayisəli yanaşma” məqaləsində Fransanın, İtaliyanın, Danimarkanın, Avstraliyanın və digər dövlətlərin informasiya təhlükəsizliyi sahəsində qəbul etdikləri qanunlar nəzərdən keçirilir. İnformasiya təhlükəsizliyi sahəsində dünya ölkələrinin qəbul etdiyi qanunlar Azərbaycanın iformasiya təhlükəsizliyi sahəsində atdığı addımlarla müqayisəli şəkildə araşdırılır.


Dərc olunub : 16-04-2020

Oxunma sayı : 0