İnstitutun doktorant və dissertantlarının ilkin müzakirəsi keçirilib

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun növbəti iclası keçirilib. İclas Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadənin sədrliyi ilə baş tutub.
İclasda institutun dissertant və doktorantlarının hüquq üzrə elmlər və fəlsəfə doktoru, eyni zamanda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adı almaq üçün yazdıqları dissertasiya işlərinin açıq müdafiəyə buraxılmadan  öncə ilkin müzakirəsi keçirilib.
Müzakirə 5612.01- “Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti”, 5608.01 – Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” və 5901.01-  “Beynəlxalq münasibətlər” ixtisasları üzrə aparılıb.
İnstitutun dissertantı hüquq üzrə fəlsəfə doktoru Əsgərova Mətanət Paşa qızı hüquq elmləri  doktoru elmi dərəcəsi almaq üçün “Müasir mərhələdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın cinayət-prosessual və kriminalistik problemləri”, doktorant  Mustafayeva Əsmər Ənvər qızı  “Azərbaycan Respublikasının ailə qanunvericiliyində ər-arvad arasında əmlak münasibətlərinin hüquqi tənzimlənməsinin nəzəri və təcrübi problemləri”, dissertant Məmmədli İqrar Cəfər oğlu isə “Müasir dövrdə Azərbaycanın Böyük Orta Şərq geosiyasi məkanında yeri və rolu” mövzularında  dissertasiyası  işlərini təqdim ediblər.
İclasda yazılmış mövzuların aktuallığı, işlənmə dərəcəsi, yeniliyi araşdırılıb, aparılmış elmi-analitik ümumiləşdirmələr, problemlərin həlli ilə bağlı mülahizələr, nəzəri və praktiki xarakterli təklif və tövsiyyələr irəli sürülüb.




Dərc olunub : 2022-05-11 10:54:00
Oxunma sayı : 38