İqtisadi Əməkdaşlıq Təşkilatı bir sıra nominasiyalar üzrə İƏT mükafatları (ECO Awards) elan edir

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) bir sıra nominasiyalar üzrə İƏT mükafatları (ECO Awards) elan edir.
İki ildən bir keçirilməsi nəzərdə tutulan mükafatların bu dəfə aşağıdakı nominasiyalar üzrə verilməsi planlaşdırılır:
1. İqtisadiyyat
2. Tarix, mədəniyyət, ədəbiyyat və təsviri sənət
3. Elm və texnologiya
4. Təhsil
5. Kənd təsərrüfatı və ətraf mühit
Mükafatların İƏT-in cari ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan 14-cü Zirvə görüşü zamanı təqdim olunması nəzərdə tutulur. Qaliblər 7500 ABŞ dolları məbləğində mükafat və medalla təltif olunacaqlar.
Sözügedən mükafata namizədlər barələrində məlumatları müvafiq ərizə formalarına uyğun olaraq doldurulub 10 avqust 2020-ci il tarixinədək AMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr idarəsinə təqdim etməlidirlər.


Dərc olunub : 31-07-2020

Oxunma sayı : 3