Əməkdaşımız “Qarabağın tarixi: Siyasi, İqtisadi, Mədəni aspektlər”i mövzusunda keçirilmiş Beynəlxalq elmi konfransda məruzəçi qismində çıxış edib

AMEA-nın Hüquq və İnsan Haqları  İnstitutunun  Cinayət hüququ və cinayət prosesi şöbəsinin elmi işçisi Günay Səhhət qızı Əliyeva 17-18 mart 2022-ci il tarixdə Sumqayıt Dövlət Universitetinin təşkil etdiyi“Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər”imövzusundakı beynəlxalq elmi konfransında  “Qarabağın uca zirvəsi – füsünkar Şuşa”  mövzusunda məruzəçi qismində iştirak edib.
Məruzədə  Qarabağın gözü olan Şuşa şəhərinin füsünkarlığından və Azəbaycan üçün dəyərli, səfalı bir vətən torpağı olmasından bəhs edilmiş, eləcə də bu torpağın mühüm strateji yer olmasından, neçə-neçə dahi, istedalı şəxsiyyətlər yetişdirdiyindən söhbət açılmışdır. Həmçinin Azərbaycanın 28 illik həsrətinə son qoyulmasından və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın  Ali baş komandanımız və igid oğullarımızın sayəsində azad edilməsi haqqında geniş məlumat verilib. Eyni zamanda məruzəçimiz çıxışında Azərbaycan və qardaş Türkiyə Respublikasının prezidentlərinin orada imzaladıqları, bizim üçün mühüm əhəmiyyət kəsb edən “Şuşa Bəyannaməsi” barədə də xüsusi qeydlər edib.




Dərc olunub : 2022-03-18 12:17:00
Oxunma sayı : 3