Əməkdaşımız VI Xəzər Mediaforumunda iştirak edib

Bu günlərdə Rusiyanın Həştərxan şəhərində VI Xəzər Mediaforumu keçirildi. MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşən tədbir öz işini regional icra hakimiyyəti orqanlarının, KİV nümayəndələrinin, alimlərin və politoloqların, Xəzər regionu ölkələrinin ictimai və gənclər təşkilatlarının liderlərini bir arada toplayan plenar iclas və müzakirə platformaları şəklində əks etdirdi.
Ölkəmizi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə və digər müvafiq qurumların nümayəndələri təmsil etdilər.
Xatırladaq ki, “Rusiyanın Xəzər paytaxtı”nda keçirilən ikigünlük beynəlxalq forumun bu ilki mövzusu turizm və etnomədəni kommunikasiya oldu.
Forumun işçi panelləri “Rəqəmsal dövrdə trevel jurnalistika”, “Mədəni kodun qorunub saxlanması. Medianın rolu” və “Yeni informasiya kommunikasiyaları sistemində maarifçi media layihələr” mövzularına həsr olundu.
Bundan əlavə, VI Xəzər Mediaforumu çərçivəsində “Sərhədsiz Xəzər” mövzusunda ən yaxşı jurnalist işi müsabiqəsinə yekun vuruldu.




Dərc olunub : 2021-09-25 16:44:00
Oxunma sayı : 0