Əməkdaşımızın “İqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi metodikası” adlı məqaləsi dərc olunub

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın " İqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi metodikası" (AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası.2020-ci il may-iyun. İqtisadi nəzəriyyə. Ümumi iqtisadiyyat, səh. 39-48) adlı məqaləsi dərc edilib.
Məqalədə rəqəmsallaşdırmanın qiymətləndirilməsi metodikası, xüsusən də aqrar sektorun rəqəmsallaşdırılmasının qiymətləndirilməsi araşdırılır. Fərdi müəssisə üçün kənd təsərrüfatında rəqəmsal texnologiyaların ifadəsinin səmərəliliyini qiymətləndirən göstəricilər təhlil edilir. Eləcə də BCG (Bostan Konsaltinq Qrupu) şirkətinin təklif etdiyi ölkə iqtisadiyyatının rəqəmsal laşma səviyyəsi indeks vasitəsilə hesablanması metodikasına nəzər salınır.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.


Dərc olunub : 05-11-2020

Oxunma sayı : 2