“Azərbaycanda qadın hüquqları və COVİD-19 pandemiyası” adlı araşdırmanın nəticələri beynəlxalq konfransda müzakirə olunub

İyulun 28-də “Azərbaycanda qadın hüquqları və COVİD-19 pandemiyası” adlı araşdırmanın nəticələrinə həsr olunan beynəlxalq onlayn konfrans keçirilib.
Tədbirdə Böyük Britaniya Hökumətinin Münaqişə, Sabitlik və Təhlükəsizlik Fondunun dəstəyi ilə Azərbaycanda COVİD-19 pandemiyasının gender təsirlərinin öyrənilməsi, pandemiyanın qadınlar arasında mümkün və potensial fəsadlarının qiymətləndirilməsi, onları aradan qaldırmaq üçün həlli yollarının müəyyənləşməsi və maraqlı tərəflər üçün müvafiq tövsiyyələrin hazırlanması məqsədinə xidmət edən araşdırmaların nəticələri müzakirə olunub.
Qeyd edək ki, beynəlxalq konfransda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, İqdisadiyyat nazirinin müavini, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucova, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və digər xarici ölkə səfirliklərinin, eləcə də KİV və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Esmira Orucova 2020-ci ildə həyata keçirdiyi layihə çərçivəsində Bakıda, Abşeronda, Ağdam və Bərdə rayonlarında COVİD-19 pandemiyası dövründə məcburi köçkünlərin sosial vəziyyətinin araşdırılması məqsədi ilə apardığı sorğunun nəticələri əsasında hazırlanan və müvafiq dövlət qurumlarına təqdim olunan təklif və tövsiyələrdən danışıb.




Dərc olunub : 2021-07-30 17:25:00
Oxunma sayı : 2