“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda onlayn görüş keçirilib

Fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin ali təhsil müəssisələrinin, o cümlədən AMEA-nın müvafiq institutlarının rəhbər və mütəxəssisləri ilə "Siyasi dialoqun Azərbaycan modeli" mövzusunda videokonfrans formatında görüş keçirilib.
Görüşdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və institutun elmi işlər üzrə direktor müavini, f.e.d., professor Lalə Əhmədova da iştirak ediblər. Sözügedən tədbirdə xanım Aytən Mustafazadə "Həmrəylik - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi" adlı məruzə ilə çıxış edib.


Dərc olunub : 11-02-2021

Oxunma sayı : 0