“Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə” Professor Aytən Mustafazadə təltif edilib

İNJURİA hüquq jurnalının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Qadın və Qızların elmdə iştirak günü münasibətilə Azərbaycanda Qadın Hüquqşünasların ilk Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi  ölkəmizdə gender bərabərliyinə nail olmaq, məişət zorakılığının qarşısını almaq, hüquqi yardıma çıxışı məhdud olan qadınlara təmənnasız hüquqi yardımın göstərilməsi olub.
Bu forum çərçivəsində AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə “Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə”  İNJURİA hüquq jurnalının baş redaktoru Kəmalə xanım Məmmədova tərəfindən Təltifnamə ilə təltif edilib.




Dərc olunub : 2022-01-19 14:46:00
Oxunma sayı : 3