10 dekabr Beynəlxalq İnsan Hüquqları günüdür

Bu gün Beynəlxalq İnsan Hüquqları günüdür. İlk dəfə olaraq İnsan Haqqına 1789-cu ildə Fransada qəbul edilmiş "İnsan və vətəndaş haqları haqqında deklarasiya"da rast gəlinir. Bütün dünyada 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilib. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib.

İnsan haqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

Haqlarınızı bilin və hüquqlarınızı tələb etməyi bacarın!


Dərc olunub : 10-12-2018

Oxunma sayı : 16