Azərbaycan Respublikası Vəkillər Kollegiyasında «Tibb hüququ –yeni kompleks hüquq sahəsi kimi: ümumi xarakteristikası» mövzusunda distant təlim keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədilə 10.11.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək Ədliyyə Akademiyasında distant formada icbari təlim kursunun keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar olaraq, 30 noyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə tərəfindən vəkilliyə namizədlərə «Tibb hüququ –yeni kompleks hüquq sahəsi kimi: ümumi xarakteristikası» mövzusu tədris edilib.




Dərc olunub : 2021-11-30 15:02:00
Oxunma sayı : 2