Azad edilən ərazilərdə görülən işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir

Dövlət başçımızın işğaldan azad edilmiş torpaqlarımıza mütəmadi səfərləri, dağıdılmış dini-tarixi abidələr qarşısında çıxış etməsi, eyni zamanda, erməni barbarlığının, faşizminin növbəti dəfə bütün dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev Ağdam səfəri zamanı çıxışında görülən işlərin revanşizm xülyaları ilə yaşayan ermənilərə cavab olduğunu da vurğuladı: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq.”
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor Həcər Verdiyevanın Vətəninfo.az saytında yeni dərc olunmuş “Azad edilən ərazilərdə görülən işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir” başlıqlı yazısında öz əksini tapmışdır.

Məqaləni daha ətraflı linkə daxil olmaqla oxuya bilərsiniz.




Dərc olunub : 2022-02-15 14:33:00
Oxunma sayı : 5