Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın hüquqi əsasları araşdırılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın "Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın hüquqi əsasları" adlı məqaləsi "Qanun" elmi hüquq jurnalının 5-ci sayında dərc olunub.
Müəllif məqalədə cinayətkarlığın qarşısının alınması və onunla mübarizə məsələsi, bütün fəaliyyəti dövründə BMT-nin daim diqqət mərkəzində olmuş, onun təşkilatçılığı altında dünya dövlətləri və digər mütərəqqi qüvvələr problemin həlli üçün beynəlxalq əməkdaşlığa cəlb olunmuş və bu əməkdaşlığın effektivliyinin artırılması üçün müxtəlif yollar nəzərdən keçirir.
Bu səbəbdən məqalə cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarının müəyyənləşdirilməsinə həsr edilir. Aparılan araşdırmalar nəticəsində müəllif beynəlxalq birliyin həm ümumbəşəri (BMT səviyyəsində), həm də regional (Avropa Şurası səviyyəsində) standart və normaları inkişaf etdirdiyi və qəbul etdiyi qənaətinə gəlir. Başqa sözlə, məqalədə beynəlxalq cinayətkarlıqla mübarizənin yüksək səviyyədə təşkili üçün kifayət qədər beynəlxalq hüquqi bazanın formalaşdığı nəticəsinə gəlinir.


Dərc olunub : 10-06-2021

Oxunma sayı : 2