Hüquq və İnsan Haqları İnstitutunda qiş imtahan sessiyasının qiymətləndirilməsi keçirilib

Dekabr ayının 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda “Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktorantlar və dissertantlar üçün qış imtahan sessiyası keçirilib.
İmtahan institutun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, h.e.d., professor Nazim Cəfərlinin sədrliyi və 5 nəfər komissiya tərkibi ilə baş tutub. Eyni zamanda imtahanda  AMEA-nın Təhsil şöbəsinin doktorantura sektorunun müdiri, f.ü.f.d, dosent Tubuxanım Qasımzadə də iştirak edərək imtahanın gedişatına ciddi nəzarət etmiş və qiymətləndirmənin həyata keçirilməsində sona qədər iştirak etmişdir.
İmtahan yazılı və şifahi formada keçirilmişdir.




Dərc olunub : 2021-12-22 15:23:00
Oxunma sayı : 0