Hüquq və İnsan Haqları İnstitutu Azərbaycanda Tibb hüququ sahəsində ilkə imza atdı: İlk Beynəlxalq Müdafiə Şurası keçirildi

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda institutun dissertantları Məmmədova Vəfa Yaqubəli qızı və Rüstəmova Fidan Aris qızının 5603.01 "Beynəlxalq hüquq:İnsan hüquqları" və 2406.03 "Bioetika" ixtisasları üzrə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün açıq Müdafiə Şurası keçirilib.
Namizədlər Müdafiə Şurasına "Səhiyyə sistemində korrupsiya xarakterli əməllərin bioetik və hüquqi xüsusiyyətləri:beynəlxalq təcrübə və Azərbaycan Respublikası" ("Биоэтические и правовые особенности деяний коррупционного характера в системе здравоохранения: международная практика и Азербайджанская Республика”) və "Pasiyentlərin məlumatlandırılmış razılıq hüququ:beynəlxalq təcrübə və milli qanunvericilik" (“Право пациента на информированное согласие: международная практика и национальное законодательство”) mövzularında dissertasiya işləri təqdim ediblər.
Qeyd edək ki, Azərbaycanda ilk olaraq Hüquq və İnsan Haqları İnstitutunda Tibb hüququ sahəsində ilk alimlərin yetişdirilməsinə başlanılmışdı.Eyni zamanda Tibb hüququ sahəsində Azərbaycanda ilk Beynəlxalq Müdafiə Şurası Hüquq və İnsan Haqları İnstitutundan Zoom platforması üzərindən onlayn yayımlanıb.




Dərc olunub : 2022-03-11 12:25:00
Oxunma sayı : 10