Hüquq və İnsan Haqları İnstitutunda yay imtahan sessiyasının qiymətləndirilməsi keçirilib

İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda doktorant və dissertantlar üçün müvafiq ixtisaslar üzrə yay imtahan sessiyası keçirilib.
Qeyd edək ki, imtahanın obyektiv və şəffaf keçirilməsi məqsədi ilə İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Lalə Əhmədovanın da iştirakı ilə 9 nəfərlik tərkibdən ibarət komissiya yaradılıb.
Eyni zamanda, imtahanda AMEA-nın Təhsil şöbəsinin doktorantura sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə də iştirak edərək imtahanın gedişatına ciddi nəzarət etmiş və qiymətləndirmənin həyata keçirilməsində sona qədər iştirak etmişdir.
Doktorant və dissertantlar da, öz növbəsində fərdi ixtisaslar üzrə çəkilmiş bilet suallarını yazılı və şifahi formada cavablandırmışlar.


Dərc olunub : 03-07-2021

Oxunma sayı : 3